Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ən iri bankımız və Palata manata etibar etmirsə, biz niyə etməliyik?!” – Ekspert


Əkrəm Həsənov: ““Hər şey pis gündədirsə, sırf manata etimadı əlahiddə şəkildə bərpa etmək mümkün deyil”


“Banklara Mərkəzi Bank tərəfindən verilən manat kreditlərinin istifadəsinə nəzarət mexanizmi yaradılmalıdır ki, bank həmin pulu qaçıb dərhal dollara dəyişməsin”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov “Moodys” beynəlxalq reytinq agentliyinin Azərbaycanda yüksək dollarlaşma ilə bağlı məlumatını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

“Moodys” beynəlxalq reytinq agentliyi yüksək dollarlaşmanı Azərbaycanın bank sektorunun əsas problemi  hesab edib. Agentliyin eksperti Olqa Ulyanova bildirib ki, ötən gün sağlam görünən banklar bu gün kapitallaşma problemi ilə üzləşməkdədir və bütün borclular yeni məzənnə ilə ödəniş qabiliyyətinə malik deyillər. Azərbaycan bank sistemində yüksək dollarlaşmanı aşağı salmaq üçün necə bir iqtisadi mühit yaranmalıdır və normal kredit siyasətinin formalaşdırılması üçün ilk atılacaq addımlar nə olmalıdır?  

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  bank üzrə ekspert Əkrəm Həsənovun fikirlərini öyrənib.

Картинки по запросу bank üzrə ekspert əkrəm həsənov pia.az

Əkrəm Həsənov: “İndiki halda nə hökumət, nə Mərkəzi Bank, nə də Palata heç öz sahələrində zəruri addımları atmır”.


Azərbaycanda manatın etimadın tək əhali deyil, elə banklar və Palata tərəfindən də olmadığını vurğulayan Əkrəm Həsənova görə, mövcud problemin həlli üçün uzun zamana ehtiyac var:

“Əvvəla, bizim bank sektorunun əsas problemi dollarlaşma deyil, bərbad idarəetmə və mənimsəmə və nəticədə yaranan problemli kreditlərdir. Dollarlaşma problemi də təbii xeyli ciddidir. Bank, pul, kredit sistemi etimada əsaslanan sistemdir. Etimad yoxdursa, onu yaratmaq uzun zaman tələb edir. Mərkəzi Bank başda olmaqla, aidiyyatı  dövlət qurumlarımızın və banklarımzın fəaliyyəti nəticəsində milli valyutaya etimad sarsılıb. Bunu qısa müddət ərzində bərpa etmək mümkün deyil. Amma addımlar atılmalıdır. 

İlk növbədə, banklara Mərkəzi Bank tərəfindən verilən manat kreditlərinin istifadəsinə nəzarət mexanizmi yaradılmalıdır ki, bank həmin pulu qaçıb dərhal dollara dəyişməsin. Bunu əslində çoxdan etmək lazım idi, sadəcə korrupsion maraqlar həmişə mane olub, elə indi də bu vəziyyət davam edir.  Qlobal və sistemli yanaşsaq,  yerli istehsalı, qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır ki, heç olmasa daxili dövriyyədə dəyər vasitəsi yalnız manat olsun. Bu isə korrupsiya ilə mübarizə, ədalətli məhkəmə sisteminin yaradılmasından asılıdır. Yəni, məsələ daha mürəkkəbdir və digər sahələrlə bağlıdır. Çünki iqtisadiyyata institusional yanaşmaq lazımdır. Hər şey pis gündədirsə, sırf manata etimadı əlahiddə şəkildə bərpa etmək mümkün deyil. 


Əkrəm Həsənov: “Qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır ki, heç olmasa daxili dövriyyədə dəyər vasitəsi yalnız manat olsun”.


Təəssüf ki, hazırda nə hökumət, nə Mərkəzi Bank, nə də Palata heç öz sahələrində zəruri addımları atmır. Ümumən onların fəaliyyəti etimadı, inamı daha da sarsıdır. İnsanlar, sahibkarlar, şirkətlər bank sistemimizdən qaçır, pulunu orada yerləşdirmək istəmir. Baxın görün, banklar əmanətə necə yüksək faizlə manat qəbul etmək istəyir, amma əksinə əmanətləri hamı çıxarır. Təkcə bir misal deyim. Bu ilin əvvəlində ölkənin ən iri bankı - Beynəlxalq Bank qanuna zidd olaraq dollar əmanətləri ilə təmin edilmiş manat kreditlərini sahibkarlardan vaxtından əvvəl qaytarılmasını tələb etdi. Onları “Bandotel”lə hədələdi. Bu nə deməkdir? O deməkdir ki, ən iri bankımız belə manata etibar etmir. Əgər etsəydi, manat kreditlərini niyə vaxtından əvvəl geri tələb edərdi ki? Palata da bu hərbə-zorba əməliyyatında ona dəstək verdi. Ən iri bankımız və Palata manata etibar etmirsə, biz niyə etməliyik?!”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar