Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ən aktiv müdafiə eləyən Əli Kərimli oldu“


Eldəniz Quliyevin rəhbərlik etdiyi Ziyalılar Birliyi ofisindən çıxarılıb


Eldəniz Quliyevin sədri olduğu Ziyalılar Birliyi iki ildir yerləşdiyi ofisdən çıxarılıb. Bu barədə Eldəniz Quliyev məlumat verib. Onun sözlərinə görə, əsas məqsədi mədəni irsin təbliği olan qurumun yerləşdiyi mənzilin sahibi ilə icarə müqavilələri və digər bütün sənədlər qaydasında olub.

Lakin mənzilin sahibi mədəni formada ofisdən çıxmalarını istəyib: “Sentyabrın 10-da Nəsimi Rayon Məhkəməsi xüsusi ittiham qaydasında mənim ölkəni tərk etməməyim haqda qərar çıxarandan sonra ev sahibi tez bir zamanda ofisi tərk etməyimizi xahiş etdi. Biz məcburiyyət qarşısında sentyabrın 13-də oradan çıxmalı olduq”.

Qeyd edək ki, Eldəniz Quliyev həm də Ziyalılar Forumunun və Milli Şuranın üzvüdür, EL Hərəkatının Ali Məclis sədridir. 

Maraqlıdır ki, bu hadisə Daxili İşlər Nazirliyi Eldəniz Quliyevin həbsi tələbi ilə məhkəməyə müraciət etdikdən bir müddət sonra baş verib. E.Quliyev hesab edir ki, ona qarşı başlanan məhkəmə iddiası, ofisindən çıxarılması, ölkədən xaricə getməsinə məhkəmə qərarı ilə qadağa qoyulması onun siyasi fəaliyyətinə, eləcə də Milli Şuranın sessiyalarına ev sahibliyi etməsinə görədir. 

Eldəniz Quliyev DİN tərəfindən məhkəməyə verildikdən sonrakı müddətdə müxalifət düşərgəsinin onu müdafiə etməsindən razı qalıb. O hesab edir ki, düşərgədən onun müdafiəsi istiqamətində ciddi müqavimət göstərilib: “Tanınmış müxalifət təşkilatları, ictimai-siyasi xadimlər birmənalı mövqelərini ortaya qoydular. İlk olaraq Rüstəm İbrahimbəyov mənim müdafiəm üçün dalbadal iki bəyanat verdi. Sonra Müsavat başqanı İsa Qəmbər çox ciddi və arqumentləşdirilmiş şəkildə bu işin perspektivsiz və qanunazidd olduğu haqqında bəyanat verdi. Liberal Partiyanın lideri Lalə Şövkət, Milli Şuranın sədri Cəmil Həsənli, AXCP sədri Əli Kərimli mənim məhkəməyə verilməyimin qanunazidd olduğunu bəyan etdilər. Ən aktiv müdafiə eləyən Əli Kərimli oldu. Mən onların hamısına, ictimai-siyasi təşkilatlara minnətdarlığımı bildirirəm. 

Avropada mühacirətdə yaşayan soydaşlarımız da müdafiəmə qoşuldular ki, onlara da təşəkkür edirəm. Hər kəsə təşəkkür etməyimlə bərabər inanın ki, mən heç də istəmirdim ki, məsələ bu həddə çatsın. Ortada mənə qarşı qeyri-qanuni, əsassız xüsusi ittiham qaydasında iddia ərizəsi var. Mən təkbaşına da bununla mübarizə apara bilərəm. Çünki iddia elədikləri kimi, mən hörmətli daxili işlər nazirinin və bütün polislərin şərəf və ləyaqətini bir kəlmə ilə də olsa aşağılamamışam. Heç o fikirdə olmamışam. Mən dəfələrlə öz müsahibələrimdə demişəm ki, Azərbaycan polisi həqiqətən hörmətə layiqdir, polis öz sıralarından yüzlərlə şəhid verib. Çoxlu polislərimiz var ki, qanunun aliliyini qoruyur və ona hörmət edirlər. Amma mən yenə də deyirəm və deyəcəyəm ki, polislərin arasında polis adına ləkə gətirən əməkdaşlar da var. Bunu hörmətli Ramil Usubov da danmır. Dansaydı, hər il onlarla polisi işdən azad eləməzdi, töhmət verməzdi, rütbəsini əlindən almazdı. Artıq müstəqil ekspertlər də bildirirlər ki, mənim sosial şəbəkədəki yazdığım fikrilərdə bütün polisin və onun rəhbərliyinin şərəf və ləyaqətini aşağılayan heç nə yoxdur”.

E.Quliyev Ali Məclisinin sədri olduğu EL Hərəkatının və qurumun sədri Eldar Namazovun onu hansı səviyyədə müdafiə etməsi barədə suala cavabında isə narazılığını büruzə verdi: “Eldar Namazov bəyanat verdi. EL Hərəkatının üzvləri mənim müdafiəmdə dayanıblar. Ancaq EL Hərəkatının özünün Ali Məclisinin sədrinin müdafiəsi yönündə fəaliyyətini qənaətbəxş hesab etmirəm. Təəssüf ki, belədir. Eldar Namazov məhkəmə prosesində iştirak eləmədi. Ona görə ki, Azərbaycanda yox idi”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar