Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək”


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində cari ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilib


Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası açan Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənov deyib ki, bütün obyektiv çətinliklərə baxmayaraq, dövlət başçısının rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı inkişaf etdiyindən bütün əsas vəzifələr icra olunub.

Baş nazirin müavini qeyd edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin də fəaliyyətinin prioritetidir və xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk müşavirənin bu problemə həsr olunması bunun əyani sübutudur.

Bildirib ki, bu il məcburi köçkünlər üçün digər yerlərdə yeni binalar tikilir, qəsəbələr salınır. Onlardan biri Tərtər rayonunda inşa edilən böyük qəsəbədir. Bu qəsəbə yaxın aylarda istifadəyə veriləcək. Eyni zamanda, Bakı və Sumqayıt şəhərlərində qəzalı binalarda yaşayan köçkünlərin problemlərinin də yaxın vaxtlarda öz həllini tapacağına əminliyini bildirən dövlətimizin başçısının da vurğuladığı kimi, ilk növbədə, ən ağır vəziyyətdə yaşayan dörd min köçkün ailəsi yeni evlərə köçürüləcək. Bu proses mərhələli yollarla həll ediləcək, həm yeni binalar tikilir, eyni zamanda, vaxtilə tikilmiş mövcud binalarda mənzillər alınacaq və məcburi köçkünlər orada yerləşdiriləcək.

Artıq Prezidentin və Birinci vitse-prezidentin tapşırıqlarına əsasən bu istiqamətdə işlərə başlandığını, bunlarla bağlı hərtərəfli müzakirələr aparıldığını diqqətə çatdıran Əli Həsənov deyib ki, ilkin mərhələdə Masazırda məcburi köçkünlər üçün salınmış məhəllənin ərazisində 3, Ramana qəsəbəsi ərazisində isə 1 beşmərtəbəli bina inşa olunur. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan bərpa işləri də sürətlə davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar