Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Emosional gərginliyin aradan qaldırılması üçün...” - Lavrov


“Rusiya Ermənistan və Azərbaycan prezidentlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə imzaladıqları sənədlərə uyğun olaraq Qarabağ münaqişəsinin qarşılıqlı məqbul sayılacaq həll yollarının axtarılmasının tərəfdarıdır”


APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.
 
O bildirib ki, görüş zamanı Qarabağ tematikasına, danışıqlar prosesinin irəliləməsi üçün şəraitin yaradılmasına xüsusi diqqət yetirilib: “Güc tətbiqi ilə bağlı təhdidlər yolverilməzdir və sülh prosesinə zərbə vurur. Əgər doğrudan da Qarabağ münaqişəsi ilə bağlı qarşılıqlı məqbul sayılacaq həll yollarının axtarılmasına dair prinsipial anlaşmaya sadiqliyimizi nümayiş etdiririksə, hazırkı ATƏT-in Minsk formatına alternativ yoxdur. Bununla AzərbaycanErmənistan liderləri, beynəlxalq təşkilatların rəhbərləri razılaşıblar. Minsk qrupunun həmsədrləri fəaliyyətsiz deyillər. Münhen təhlükəsizlik konfransı zamanı qəbul edilən son bəyanatda sülh yolu ilə nizamlanmanın alternativsizliyindən, güc tətbiqinin yolverilməzliyindən bəhs olunur”.
 
Lavrov onu da əlavə edib ki, Dağlıq Qarabağ ətrafındakı emosional gərginliyin aradan qaldırılması üçün səylər davam etdiriləcək.
 
Nalbandyan isə bildirib ki, Münhendə hamı güc tətbiqinin yolverilməzliyi, eyni zamanda 1994 və 1995-cu illərdə atəşkəslə bağlı imzalanmış sənədlərin, habelə Peterburq və Vyana razılaşmalarının icrasının vacibliyi ilə bağlı eyni fikirdə olub. Onun sözlərinə görə, həmçinin əsir və meyitlərin qaytarılması ilə bağlı Həştərxan razılaşmaları xatırlanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar