Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Emin Aslanov DİN-in İnzibati həbs olunanların saxlama məntəqəsində saxlanılır”

Ombudsman Elmira Süleymanova gənc fəal Emin Aslanovun həbsi məsələsini araşdırıb


Ombudsman Aparatının mətbuat xidmətindən “Report”a verilən məlumata görə, iyunun 4-də internet səhifələrində və sosial şəbəkələrdə vətəndaş Emin Aslanovun həmin gün günorta saatlarında Dənizkənarı Milli Parkda mülki geyimli şəxslər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılması və polis orqanları tərəfindən saxlanılması haqqında məlumatlar yayılıb.

Eyni zamanda Ombudsmanın qaynar xəttinə E.Aslanovun yaxınları və KİV-lər tərəfindən eyni məzmunlu müraciətlər daxil olub və köməklik göstərilməsi xahiş edilib.

Məsələ ilə bağlı Ombudsman Elmira Süleymanova tərəfindən dərhal daxili işlər naziri Ramil Usubova həmin şəxsin yerinin müəyyən edilməsi və hüquqlarının təmin olunması ilə bağlı müraciət edilib.

Araşdırma nəticəsində hazırda E.Aslanovun inzibati qaydada həbs olunaraq Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlama məntəqəsində saxlanıldığı müəyyən edilib.

Məsələ ilə bağlı araşdırma davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar