Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli Kərimlinin oğlu şəhid qanını batırır”


Surxay Məmmədli: “Ateistlik üzərində köklənmiş radikal təfəkkürlü müxalifətin dindarları özlərinin siyasi alətinə çevirmək, onlardan öz çirkin siyasi məqsədləri üçün istifadə etmək cəhdləri qətiyyən yolverilməzdir”


Teleqraf.com xəbər verir ki, bu fikirləri İçərişəhər Cümə məscidi dini icmasının sədri, axund Hacı Surxay Məmmədli bildirib. 

Onun sözlərinə görə, son vaxtlar dünyada cərəyan edən savaşlar, dini, irqi diskriminasiyaların fonunda Azərbaycan bir sabitlik adası kimi digər ölkələrə örnəkdir: “Lakin təəssüflər olsun ki, bəzi Azərbaycanı istəməyən daxili və xarici qüvvələr ölkəmizdəki sabitliyi pozmağa cəhdlər edir, bu kimi çirkin niyyətli addımları ilə şəhidlərimizin qanları və canları bahasına əldə etdiyi müstəqilliyə zərbə vurmağa çalışırlar. Əlləri minlərlə soydaşımızın qanına bulaşmış erməni ekstremistin, işğal olunmuş ərazilərimizdə ondarma separatçı rejimin nümayəndəsi — Bako Saakyanın oğlu ilə birlikdə Vətəninə qarşı qərəzli dinləmələrdə iştirak edənlərdən, düşmənlərlə əlbir olub, onlarla eyni mövqeni bölüşənlərdən Azərbaycan xalqına nə fayda ola bilər? Belələri şəhid qanlarını batıranlardır. 

Bu, haqq mücadiləmiz üçün qanlarını axıtmış şəhid soydaşlarımızın ruhlarının təhqiridir. Bu, həm də doğma yurd-yuvasından qovulmuş, məcburən köç etmiş qaçqın, köçkün həmvətənlərimizin təhqir olunması, onların nisgilinə hörmətsizlik deməkdir. Vətənini sevməyən, onu siyasi ambisiyaları, məkrli iddialarına qurban verən şəxslərə nə ad vermək olar?! İmanlı dindarlara müraciət etməyə mənəvi haqqı belə çatmayanların dindarlara təəssübkeşliyi növbəti xain əməldir. Bu, dindən siyasi alət kimi istifadədən başqa bir şey deyildir. Təhqir olunan milyonlar bu təhqirin ünvanını — bir ovuc çirkin siyasətbazları susdurmalıdır. Gah ateist, lazım olanda dindar, din təəssübü çəkən olan, əqidə, məslək məsələlərini belə siyasi oyunbazlıq elementinə çevirməkdən utanmayan münafiq qüvvələrə Azərbaycan xalqı layiqli qiymət verəcək”.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar