Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli Kərimlinin mövqeyi qərəzlidir”


Natiq Miri: “Azərbaycana düşmənlə atəşkəs pozuntusu oyunu oynamağa ehtiyac yoxdur”


Milli Şuranın son sessiyasında AXCP sədri Əli Kərimli Qarabağ cəbhəsində itkilərlə müşayiət olunan atəşkəs pozuntuları ilə bağlı xalqa ünvanlanan və suallar doğuran açıqlama ilə çıxış edib. 

“Azadlıq” qəzetinin yazdığına görə, Əli Kərimli bəyan edib ki, cəbhədə atəşkəsin pozulmasını daxili siyasətin elementinə çeviriblər və bu barədə açıq şəkildə danışmaq lazımdır: 

Azərbaycanda və Ermənistandakı xalqdan ayrı düşmüş avtoritar rejimlər öz hökumətlərini qorumaq üçün mütəmadi olaraq cəbhə bölgəsində Azərbaycandan və Ermənistandan olan əsgərlərin həyatı bahasına mütəmadi olaraq danışılmış şəkildə 5-10 insan həyatına səbəb olan atışmalar edirlər. Bununla da Ermənistandakı xunta hakimiyyətini, laxlamış rejimi möhkəmləndirirlər ki, demokratik proseslərin qarşısında Sarkisyan hökuməti möhkəm dayana bilsin. Eyni zamanda Azərbaycanda xalqın diqqətini mövcud sosial-iqtisadi problemlərdən ayırırlar. Qorxu içində saxlayırlar”. 

Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Əli Kərimlinin bu bəyanatı dəlilə əsaslanmayan versiyadır: “Özü də bu, qərəzli bir versiyadır. Bu, təkcə Azərbaycan hakimiyyəti adına deyil, Azərbaycan xalqı adına bir həqarəti özündə daşıyan fikirdir ki, irəli sürülüb. Bu fikirlərdə məntiq yoxdur. Azərbaycana düşmənlə atəşkəs pozuntusu oyunu oynamağa ehtiyac yoxdur. Ermənistandakı rejimə öz xalqını qorxutmaq, xalqı sakitləşdirmək üçün müharibə görüntüsü yaratmaq lazım ola bilər. Çünki Ermənistan hakimiyyətinin və ordusunun mövqeləri çox zəifləyib və xalq etirazları ölkəni bürüyür. Ermənistan rejiminə xalqı müharibə xofu ilə qorxutmaq lazımdırsa, bunu heç bir sübut olmadan Azərbaycana da aid etmək kimi iddia zərərli və məntiqsizdir. 

Öz ölkəsini düşmən ölkə ilə təxribat sövdələşməsində dolayısı ilə də olsa ittiham eləmək qətiyyən düzgün deyil. Azərbaycanla Ermənistanda bütövlükdə siyasi-mənəvi-psixoloji durum tamamilə fərqlidir. Azərbaycanda qeyd olunan sahələrdə durum Ermənistandakı kimi ağır deyil ki, Azərbaycan dövlətinə cəmiyyəti müharibə ilə qorxutmaq lazım olsun. Azərbaycan xalqı torpaqlarımızın azad olunması üçün müharibənin başlanmasını hakimiyyətdən çox istəyir”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar