Bazar ertəsi, 06 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli Kərimli siyasi qolçomaqdır” – Elşən Musayev


“Əli Kərimli az qala korrektorunun da özü olduğu media orqanı vasitəsilə hakimiyyəti təhdid edəcəyinə, ortalığa çıxsın


Çıxsın görək nə xəbər var, desin görək harada gizlənib, “facebook”dakı “like” yığımı nə səviyyədədir, təzəlikcə hansı səfirliyin, hansı donorun, hansı qrant monopolistinin qılığına girib?”

Bu fikirləri Aktual.az-a Demokratik Maarifçilik Partiyasının sədri, politoloq Elşən Musayev “Azadlıq” qəzetinin tribunasından son günlər hakimiyyət əleyhinə yönələn silsilə yazılara münasibət bildirərkən söyləyib.

Əli Kərimli də, onun yedəkləri də qorxağın təkidir. Çağırdım, debata belə gəlmədi. Hətta “Azadlıq” qəzetinin özünə müsahibə vermək istədim. Ona da risk etmədilər. Və İndi utanmaz - utanmaz fikir azadlığından, plüralizmdən, müstəqil mətbuatdan dəm vururlar.

Oysa sual edirəm: Budurmu sizin azad mətbuatınız? Budurmu fərqli yanaşmaların cəm olduğu məkan?! Budurmu demokratik nümunə? Budurmu siyasi rəqiblərə, siyasi proseslərə düzgün yanaşma tərzi?

Xeyr bu deyil. Sizin sərgilədiyiniz qolçomaq təfəkkürüdür, “qəhrəman” libasında dovşan yerişi yeriməkdir, dillə dilçəyin qeyri - adekvatlığıdır, sözlə əməlin bir – birinə tüpürməsidir!

Hələ utanmadan seçki bəyannaməsi verirlər. Ki, getmirik. Patonnan! Guya hara gedəcəkdiniz ki? Həsən Kərimovun bağından, Steynar Gilin ya da hansısa ermənipərəst konqresmenin bığının altından, Sorosun cibindən, SİYASƏTİN DİBİNDƏN başqa gedəcəyiniz yermi qalıb?!” – deyə Partiya sədri sərt tonda fikirlərinə davam edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Nərçə Ağayevin 85 illiyi münasibətilə məzarı önündə anım tədbiri keçirilib - Fotolar

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Ədalət Şükürovun qızının toyundan ilk - Video

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

COP29-un Bakıda keçirildiyi müddətdə dünyada hərbi əməliyyatlar dayandırıla bilər

Ən çox oxunanalar