Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əli Həsənovun gündəmə gətirdiyi fikirlər son dərəcə önəmlidir”


Əflatun Amaşov: "Dövlət rəsmisinin söylədikləri hakim komandanın siyasi qütblərə məhz xalq və dövlət naminə həmrəylik üçün uzatdığı əldir. Mübarizəni bu əli sıxaraq da aparmaq mümkündür"


"Ölkə və xalq üçün həssas və taleyüklü proseslər var. Bu prosesləri layiqli həyata keçirmək yalnız bir toplumun gələcəyi baxımından əhəmiyyətli deyil. Burada söhbət xalqın və dövlətin dünyada özünü necə təsdiqləməsindən də gedir. Seçki məhz özünütəsdiq imkanlarının nümayiş meydanı, bir növ indiqatorudur. Son günlər baş verənlər isə onu deməyə əsas verir ki, bəziləri məsələnin mahiyyətini ya düzgün anlamaqda çətinlik çəkir, ya da… Seçki siyasi düşərgələrin milli maraq və mənafelər naminə birliyə, həmrəyliyə çağırış marafonudur".

Musavat.com xəbər verir ki, bu sözləri öz "Facebook"səhifəsində millət vəkili, Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov deyib.

O qeyd edib ki, həmin marafonda məhz milli maraq və mənafeləri uzlaşdırmağı ən yaxşı bacaranlar qalib gəlir:

"Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun gündəmə gətirdiyi fikirlər son dərəcə önəmlidir. Dövlət rəsmisinin söylədikləri hakim komandanın siyasi qütblərə məhz xalq və dövlət naminə həmrəylik üçün uzatdığı əldir. Mübarizəni bu əli sıxaraq da aparmaq mümkündür. Amma bəziləri bu əlin nəyə görə uzandığını düşünə bilməyəcək dərəcədə piyada təfəkkürə malikdir...

Əlbəttə, seçkiyə konkret siyasi düşərgənin sırf özünü təsdiqləmək imkanı kimi də yanaşmaq mümkündür. Hər bir cinahın bu imkandan maksimum faydalanmaq əzmi, prinsipiallığı, barışmazlığı anlaşılandır, təbiidir. Ancaq özünü isbat etmək tərzi vacib məqamdır. Əfsus ki, bizlər bunun sivil formasından çox, müəyyən mənada qurşaqdan aşağı zərbə vurmağa oxşayan təzahür formalarıyla baş-başayıq. Xüsusən də sosial şəbəkələrdə və internet media orqanlarında siyasi opponent saydıqları şəxslərə, onların ailə üzvlərinə qarşı təhqiramiz fikirlər səsləndirənlər, yazanlar sanki yarışa giriblər. Bu adamlar özlərini kimlərəsə göstərmək, "baxın, biz də iş görürük” mesajı vermək istəyirlər. Tam əminəm ki, onların özlərini göstərməyə çalışdıqları qüvvələr də mübarizə vasitələrindəki primitivliyi təqdir etmirlər. Sadəcə məqsədləri bəllidir və bu məqamda "məqsəd vasitəyə bəraət qazandırır” deyib gülüş obyektinə çevrilmişləri seyr etməkdən zövq alırlar. Deməli, əsas olan kimlərinsə məqsədlərində çirkin vasitəyə çevrilməməkdir. Təəssüf ki, biz bəzilərinin timsalında bunun əksini də görürük..."

MŞ sədri onu da diqqətə çatdırıb ki, bir qrup şəxs məskunlaşdıqları xarici ölkələrdə millətimizə və xalqımıza məxsus dəyərlərə, bu dəyərləri yayan, təbliğ edən insanlara qarşı, belə demək mümkünsə, söyüş səlibi elan ediblər:

"Əlbəttə, əvvəllər də belələrinə az rast gəlməmişik. Müxtəlif beynəlxalq konfranslarda ermənilərin və gürcülərin siyasi düşərgə müxtəlifliyindən asılı olmayaraq, milli maraqlar naminə birgə hərəkət etdiklərini müşahidə etdiyimiz halda, belələrinin qırmızı cizgiləri keçmələrinin həyasızlıq motivlərindəki rəngarənglikdən heyrətlənmiş və təəssüflənmişik.

Axı necə ola bilər ki, sivil Qərb ölkəsində məskunlaşıb sivil olmayan tərzdə mübarizə aparasan? Bu adamlar yaşadıqları cəmiyyətdəndəmi heç nə öyrənməyəcək, öyrənməyə çalışmayacaq tükəniblər? Axı bu adamların yaşadıqları Qərb cəmiyyətlərində siyasətçilər kifayət qədər vətənpərvərdirlər, milli ideya və baxışların fövqündədirlər. Bunlara nə olub görəsən?!

Azərbaycan dünyanın harasında yaşayırsa-yaşasın, hər bir azərbaycanlının Vətənidir. Düşünürəm ki, hadisə və proseslərə baxışdakı hər cür müxtəliflikdən asılı olmayaraq, bu Vətəni və bu Vətənin dəyərlərini qorumaq lazımdır. Bu dəyərlərdə təhqir, siyasi mübarizəni qazanmaq naminə özünə qarşı guya mənəviyyatsızlıq edildiyinə dair nələrisə uydurmaq, mənsub olduğu xalqın qurub-yaratdığı dövlətin atributlarına qarşı cılız davranış nümayişi əsla yoxdur. Bu dəyərlərdə mərdlik, bütövlük, sadiqlik, ardıcıllıq, qətiyyət, alicənablıq var. Xalq bu dəyərləri özünün həyat amalına çevirənləri sevir və onlara hər zaman etimad göstərir. Şübhəsiz ki, 11 aprel Prezident seçkisi də bu etimadın növbəti təntənəsi kimi tarixdə layiqli yerini tutacaqdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar