Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Elə fikirləşməyin ki, erməni kəşfiyyat agentləri ifşa olunubsa, sakit duracaq”


Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları hər zaman Azərbaycana qarşı təxribat fəaliyyətini davam etdirir


Təəssüf ki, bu prosesdə dövlətinə xəyanət yolunu tutanlar da var. Buna baxmayaraq Azərbaycan tərəfi hər zaman erməni kəşfiyyatının genişmiqlaslı təxribatının qarşısını almağı bacarıb. Elə bu yaxınlarda baş tutan əməliyyat buna nümunədir.

Şübhəsiz ki, ermənilərə işləyən azərbaycanlılardan ibarət məxfi şəbəkənin ifşası Ermənistan kəşfiyyatına təsirsiz ötüşməyəcək. Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Modern.az-a açıqlamasında bildirib ki, təxribatların qarşısı alınsa da, Azərbaycan tərəfi həmişə ayıq olmalıdır. Onun sözlərinə görə, keçirilən  əməliyyatların  Ermənistan kəşfiyyatına elə də böyük təsiri yoxdur:

“Bilirsiniz ki, müəyyən ölkələrin qarşılıqlı olaraq həyata keçirdiyi kəşfiyyat tədbirləri həmişə olub. O cümlədən, AzərbaycanErmənistan tərəfinin də… Bu günlərdə aşkarlanan təxribat əslində çox məyusedici hal idi. Hər halda bunu erməni kəşfiyyatına zərbə hesab etmək olar. Amma məsələ bununla  bitmir. Kəşfiyyat elə işdir ki, agentin,  gizli mənbənin nə vaxtsa ifşa olunması və ya aşkarlanması gözləniləndir. Yəni bu iş dayanmır və davam edir. Eyni zamanda,  Azərbaycan tərəfi də kəşfiyyat əməliyyatlarını  dayandırmamalıdır.  Elə fikirləşməyin ki, erməni kəşfiyyat agentləri ifşa olunubsa,  sakit duracaqlar. Və ya erməni kəşfiyyatının zəifləyəcəyini düşünmək də olmaz. Onlar yeni mənbələr  müəyyən etmək üçün axtarışa çıxacaq. Bu mənada  Azərbaycan tərəfi ayıq olmalıdır. Kəşfiyyat təkcə cəbhə xəttində olmur. Hər yerdə kəşfiyyat aparılır. Biz əks-kəşfiyyat tədbirlərini gücləndirməli, əməliyyat şəraitinə düzgün nəzarət etməliyik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar