Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əldə olunan pullar Kosta-Rika və Rusiyada “yuyulub““


ABŞ Venesuela prezidenti Nikolas Maduro və hakim Sosialist Partiyasında ondan sonra ikinci şəxs olan Diosdado Kabellonu narkotik alverində ittiham edib


Strateq.az xəbər verir ki, bu barədə mayın 18-də “Reuters” agentliyi məlumat yayıb.

Qeyd edək ki, ABŞ Maduronu narkotik alverində açıq şəkildə ilk dəfədir günahlandırır.

ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Kabello narkotik alverçilərindən müsadirə etdiyi narkotik maddələri toplayaraq Venesuela dövlət hava limanından böyük partiya şəklində ixrac edib.

Bəyanatda qeyd edilir ki, o, bundan əldə etdiyi gəliri Maduro və digər şəxslərlə bölüşüb.

Məlumatda o da bildirilir ki, bundan əldə olunan pullar Kosta-Rika və Rusiyada “yuyulub”.

ABŞ-ın Maliyyə Nazirliyi Kabello, onun həyat yoldaşı və doğma qadaşına qarşı sanksiya tətbiq edib. Narkotik alverindən başqa onlar reketçilikdə də ittiham olunurlar.

Qeyd edək ki, ABŞ bundan əvvəl də Venesuela hakimiyyətinə qarşı bir sıra sanksiyalar tətbiq edib.

ABŞ və əksər qərb ölkələri, beynəlxalq təşkilatlar Venesuela hakimiyyətini demokratiyanı boğmaqda günahlandırırlar.

Bu ilin aprelindən isə ölkədə etiraz aksiyaları keçirilir. Bu müddət ərzində hərbçilərlə aksiyaçılar arasında baş verən toqquşmalarda 130 nəfərə yaxın adam ölüb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar