Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ehtiyatlı olun, Azərbaycan ordusu çox güclü zərbə endirəcək...”


Əgər gələn ay Vyanada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüşdən konkret irəliləyiş əldə olunmasa Azərbaycan ordusunun təmas xəttində güclü zərbə endirməsi gözlənilir


Virtualaz.org xəbər verir ki, belə xəbərdarlıqla Fransa Strateji Araşdırmalar Mərkəzinin erməni eksperti Kayts Minasyan “168 jam” qəzetinə müsahibəsində çıxış edib.

AzərbaycanErmənistan xarici işlər nazirlərinin görüşü ATƏT xarici işlər nazirləri Şurasının Vyanada keçiriləcək illik toplantısı çərçivəsində baş tutacaq. Rəsmi Bakı bu görüşə artıq razılıq verib. Bundan əvvəl xarici işlər nazirləri Moskvada ayrı-ayrılıqda Minsk Qrupu həmsədrləri ilə görüşüblər. Noybarın 20-21-də isə Rusiya xarici işlər nazirlərinin Bakıya və İrəvana səfəri olacaq.



“Əgər Vyanada nazirlərin görüşü konkret irəliləyişə gətirib çıxarsa o halda 2018-ci ildə prezidentlər Sərkisyan və Əliyev arasında yeni görüş gözlənilir. Lakin heç bir irəliləyiş əldə edilməsə biz Bakının güclü zərbəsinə hazır olmalıyıq. Çünki Azərbaycan əmin olacaq ki, Minsk Qrupu növbəti dəfə onu aldadıb. Erməni qüvvələri çox ehtiyatlı olmalıdır”-Kayts Minasyan bildirib.

Xatırladaq ki, Qarabağ nizamlanmasında hazırda əsas vasitəçi Rusiyadır. Lakin ötən həftə Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşübdə onun rusiyalı həmkarı Vladimir Putin bildirib ki, məsələnin həllinə xüsusi ümid bəsləmir. Eyni zamanda Rusiya XİN-dəki mənbələr də Lavrovun regiona səfərindən nəsə irəliləyiş gözləmədiklərini, münaqişənin həllinə ümidli olmadıqlarını deyirlər.

Belə vəziyyətdə Azərbaycanın seçim imkanı qalmır. Çünki rəsmi Bakı Ermənistanın danışıqlardan müxtəlif bəhanələrlə yayınmasına neçə vaxtdır səbrlə dözüb, həmsədrləri, xüsusən Rusiya rəhbərliyini nizamlama prosesində daha fəal rol oynamağa inandırmaq üçün səylər göstərib. Bu baxımdan danışıqlar prosesindəki hazırkı nisbi fəallaşma, xarici işlər nazirlərinin görüşü hansısa irəliləyişlərə səbəb olmayacaqsa o zaman təmas xəttində vəziyyətin gərginləşməsi də qaçılmaz olacaq. 

Xarici işlər naziri Elmar Məmmədyarov Moskvada həmsədrlərlə məsləhətləşmələrdən sonra demişdi ki, Bakı substansiv danışıqların aparılmasını xahiş etmir, tələb edir. Çünki danışıqların alternativinin nə olduğu aydındır və Azərbaycanı bu alternativə əl atmağa məcbur etməsinlər...


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar