Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əfqan Muxtarlını Azərbaycanda heç kəs jurnalist kimi tanımır”


“Əfqan Muxtarlının işi üzrə Avropa Parlamentinin qətnaməsi Bakı ilə Brüsselin çətinliklə bərpa olunan parlamentlərarası münasibətlərini növbəti dəfə gərginləşdirəcək”


Milli Məclisin deputatı Rasim Musabəyov bu fikri AZƏRTAC-a müsahibəsində söyləyib:

Avropa Parlamentindən olan həmkarlarımız növbəti dəfə tələskənlik edib, məsələnin mahiyyətini araşdırmadan guya Azərbaycanda jurnalistlərin hüquqlarının pozulması barədə heç bir məna kəsb etməyən “The case of Afgan Mukhtarli and the situation of media in Azerbaijan” adlı qətnamə qəbul ediblər. Həbs edilməsi bu qətnamə üçün bəhanə olmuş Əfqan Muxtarlını nəinki Avropada, hətta Azərbaycanda da heç kəs bir jurnalist kimi tanımır. Mən onun bircə sətir də yazısını görməmişəm, çünki belə sətirlər yoxdur”.

Deputat deyib ki, Əfqan Muxtarlının fotomüxbir kimi çansa yalnız adı olub: “Əfqan Muxtarlının Tbilisidə guya beynəlxalq hüquq normaları pozulmaqla oğurlanması barədə yalnız qalmaqallarda maraqları olan müxalifət dairələrində danışırlar, Gürcüstanın rəsmi hakimiyyət orqanları isə bu hadisəni heç bir şəkildə şərh etmirlər. Belə vəziyyətdə işə məhkəmədə obyektiv baxılmasına az köməyi dəyə biləcək, amma əvəzində Bakı ilə Brüsselin bu cür çətinliklə bərpa olunan parlamentlərarası münasibətlərini növbəti dəfə gərginləşdirəcək və ağırlaşdıracaq qətnamə qəbul etməyə dəyərdimi?”

Onun sözlərinə görə, Avropa parlamentariləri Avropa İttifaqı ilə Azərbaycan arasında sazişə dair danışıqlar aparılmasını xatırladırlar: “Bu xatırlatmanı onların özlərinə qaytarmaq olar, çünki Avropa İttifaqının “Şərq tərəfdaşlığı” üzrə Brüsseldən daim maliyyə yardımı və başqa şəkildə kömək istəyən digər tərəfdaşlarından fərqli olaraq Azərbaycan Aİ ilə münasibətləri qarşılıqlı faydalı xarakter daşıyan tərəfdaşdır”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın danışdı - Video

Ən çox oxunanalar