Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ədəbiyyat adamı” mükafatı təqdim olundu


Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Azərbaycan Yaradıcılıq Fondunun dəstəyilə təşkil edilən “Ədəbiyyat adamı” müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib


Fonddan kulis.aza verilən xəbər görə,  mərasimdə çıxış edən akademik Kamal Abdulla müsabiqənin qaliblərinin tam obyektiv şəkildə seçildiyini deyib. O, layihənin adının məhz bu cür seçilməsinin təsadüfi olmadığını deyib:

“Yaradıcılıq Fondu hər il “Ədəbiyyat adamı” mükafatını 5 nəfərə verməyi planlaşdırır. Mükafat suvenir və 1000 manat puldan ibarətdir. Ümid edirik ki, gələcəkdə imkanlarımız daha da genişlənər. Onu da qeyd edim ki, bu adı tapmaq o qədər də asan olmadı. Adla bağlı bəzi təkliflər oldu, amma “Ədəbiyyat adamı” mənə elə gəlir ki, qulağa xoş gələn addır. Əslinə qalsa, ədəbiyyat adamı yaxşı bir oxucu da ola bilər”.

Akademikin çıxışından sonra yazıçı Nəriman Əbdülrəhmanlı, şair Səlim Babullaoğlu, ədəbiyyatşünas Seyfəddin Hüseynli, tənqidçi Elnarə Akimova və AYB üzvü Şirindil Alışanlıya mükafatlar təqdim olunub.

Tədbirdə çıxış edən şair Qismət Rüstəmov layihənin ölkə xaricində də tədbirlər planlaşdırdığını deyib:

“Ədəbiyyat adamı” adlanan bu layihə çərçivəsində istər ölkə daxilində, istərsə də xaricdə çoxşaxəli, çoxspektrli tədbirlər, konfranslar, poeziya gecələri, görüşlər, kütləvi açıq mühazirələr, ödənişli qapalı seminarlar keçirilməsi, mükafatların verilməsi nəzərdə tutulub”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar