Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Düşmənlərimiz çox narahatdırlar“


Vahid Əliyev Azərbaycan regionda ən qüdrətli orduya sahib dövlət olduğunu bildirib


"Bu gün Azərbaycan regionda ən qüdrətli orduya sahib dövlətdir. Düşmənlərimiz də bundan çox narahatdırlar. Biz hər zaman Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. İnşaallah biz o günü görəcəyik".

Bunu Azərbaycan Respublikası Prezidentinin Hərbi məsələlər üzrə köməkçisi, Prezident Adminstrasiyası rəhbərinin müavini, general-leytenant Vahid Əliyev Bakıda "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" münasibətilə hərbi liseydə keçirilən təntənəli mərasimdə bildirib. O, həmçinin qeyd edib ki, bu işdə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetişdirdiyi zabitlərin də rolu olacaq.

V.Əliyev bildirib ki, 1971-ci ildə ulu öndər Heydər Əliyev bu məktəbi yaradanda ondan başqa heç kim məktəbin yaradılmasının son məqsədini bilmirdi: "Heç kim bilmirdi ki, vaxt gələcək Azərbaycan müstəqil dövlət olacaq. Amma ulu öndər Heydər Əliyev bilirdi".
Vaxtilə özü də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu olmuş V.Əliyev bu məktəbin yetişdirmələrinin üzərində əməyi olan hər kəsə münnətdarlığını bildirib: "Bu məktəbə, üzərimizdə əməyi olan müəllim və komandirlərə təşəkkür edirik ki, bizi layiqli əsgər kimi böyüdüblər".

ANS PRESS-in məlumatına görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov 19 aprelin "Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü" kimi qeyd edilməsi haqqında əmr imzalayıb.

Müdafiə nazirinin digər əmrinə əsasən Hərbi Liseyin ilk buraxılışının 40 illik yubileyinin keçirilməsinin təşkili üzrə Təşkilat Komitəsi yaradılıb, ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və təsdiq edilib.(Trend)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Ən çox oxunanalar