Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dünyanın varı oğlum üçün yox kimidir”


“Salyanda vəhhabilər heç zaman baş qaldıra bilməz, buna əsla imkan vermərik”


PİA.AZ bildirir ki, bu sözləri publika.az-a açıqlamasında Salyanda xeyriyyəçi Hacı Qurban kimi tanınan iş adamı Qurban Abbasov rayon sakinlərinin vəhhabilərə qarşı ayağa qalxması barədə yayılan məlumatlara münasibət bildirərkən deyib.
 
Onun sözlərinə görə, hazırda Salyanda dini sabitlik və əmin-amanlıq mövcuddur: “Hər kəs öz işi ilə məşğul olur, dövlətimizə, millətimizə xidmət edirlər. Bizim rayonda vəhhabi çox azdır. Vəhhabilər əsasən Şimal bölgəsində çoxdur. Rayonumuzda hər şey nəzarət altındadır. Bizim rayona MTN-nin yeni rəisi təyin olunub, mən tanıyıram onu. Qılınc kimi möhkəm və mərd cavan oğlandır. Gecə-gündüz yatmır işləyir. Vəhhabilər qələt edirlər, onlar kimdir ki, bu dövlətdə baş qaldırsınlar? Heç biri artıq hərəkət edə bilməz.
 
Əli Həsənovun çıxışından sonra bu məsələ ilə bağlı nəzarət yerlərdə daha da güclənib. İndi nə qədər vəhhabilərin toruna düşmüş insanlar var ki, doğru yola qaytarılıb. Mən özüm də bu məsələni izləyirəm. Mən çox narahat və dövlətimizə sadiq adamam, ömrümün sonuna kimi də öz əqidəmi dəyişmərəm”.
 
Salyanlı iş adamı oğlunun bahalı avtomobillərdən ibarət toy karvanının söz-söhbətə səbəb olması barədə bir müddət əvvəl yayılan məlumatlara da münasibət bildirib: “Mənim oğlum üzdə olan oğlan deyil. Mənim oğlumu heç kəs tanımır. Mən imkan vermərəm ki, övladım nə isə pis iş tutsun. Hər zaman haqqın yanında olmuşam, Oğlum da özümə oxşayır. Dünyanın varı oğlum üçün yox kimidir. O maşınları da toyunda tələbə yoldaşları yığışıb pul qoyub bir neçə saatlığına icarəyə götürmüşdülər. Heç kəs deyə bilməz ki, mənim oğlumu haradasa pis əməllər törədəndə görüb. Oğlumu yaxınlarımdan və dostlarımdan başqa tanıyan yoxdur”.  
 
Xatırladaq ki, Hacı Qurban Abbasovun adı gündəmə 2013-cü il noyabrın 4-də oğluna etdiyi dəbdəbəli toy ilə gəlib. Belə ki, həmin vaxtı Qurban Abbasovun oğlu İlkin Abbasovun toyunu ölkədə məşhur edən əsas hadisə  toy karvanında 24 Mercedes-Benz G-Class (“Gelandewagen”) avtomobilin olması olub.
 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Prezident İlham Əliyev Putinlə təkbətək görüşüb - Yenilənib

Ən çox oxunanalar