Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dövlətqaçqınkom”dan özünü yandıran qaçqınla bağlı açıqlama


“Dövlətqaçqınkom” özünü yandıran məcburi köçkünlə bağlı məlumat verib


Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, qurumun Sabunçu rayon şöbəsinin qarşısında intihara cəhd edən şəxs - Ağdam rayonundan məcburi köçkün Sahib İsmayıl oğlu Nəsibovun özünəməxsus mənzili olub.

“Həmin şəxs Sabunçu rayonu ərazisində qeydiyyatdadır. Verilən məlumata görə, həmin vətəndaşın özünəməxsus mənzili olub və sonradan satıb. Yenidən mənzil iddiası ilə çıxış edir. Komitədə isə boş mənzil yoxdur. Həm də hər mənzil istəyən özün yandırmalı deyil axı. Bu gün Bakı şəhərində 216 min məcburi köçkün yaşayır və bu cür insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması mərhələli şəkildə həyata kleçiriləcək”-deyə komitədən bildirilib.

Məlumatda qeyd edilib ki, bu günə qədər məcburi köçkünlər üçün 90 muasir yaşayış kompleksi  salınıb, 46 min ailə, 230 min nəfərin mənzil məişət şəraiti yaxşılaşdırılıb. 

“Lakin buna baxmayaraq hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlər var. Ancaq Azərbaycan dövləti bu kateqoriyadan olanların da mənzil məişət şəraitinin yaxşılaşdırması üçün müvafiq tədbirlər görür. Bu proses Dövlət Proqramına uyğun olaraq mərhələli şəkildə davam etdirilir. 
Bakı şəhərində tikintisi yarımçıq qalmış binalarda, sanatoryalarda, yataqxanalarda və digər məskunlaşma obyektlərində ağır şəraitdə yaşayan  məcburi köçkünlər var. Və bunların da mənzil-məişər şəraitinin yaxşılaşdırılmasına gələcəkdə mərhələli şəkildə  baxılacaq.

Qeyd edək ki, “Dövlətqaçqınkom”un Sabunçu rayon şöbəsinin qarşısında intihara cəhd edən şəxs - Ağdam rayonundan məcburi köçkün Sahib İsmayıl oğlu Nəsibov özünü yandırıb. Kirayədə yaşayan məcburi köçkün buna imkansızlıqdan əl atdığını idda edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar