Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər özündə nəyi ehtiva edir?


Hüquqşünas Əyyub Kərimov: “Birinci vitse-prezident institutu prezidentdən sonra ən böyük institutdur. Ona görə də hal-hazırda mövcud olan digər institutların müəyyən funksiyaları qısaldılacaq”


Prezident Administrasiyası  ləğv olunmur. Sadəcə olaraq, həmin qurum  vitse-prezident institutunun tabeçiliyinə keçir”.

Bu sözləri hüquqşünas Əyyub Kərimov “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Dünən mətbuatda “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsini “Prezident Administrasiyasının ləğv olunması” kimi təqdim ediblər. Prezident Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev isə AZƏRTAC-a açıqlamasında bildirib ki, qanun Azərbaycan Respublikası Prezidentinin Administrasiyasını ləğv edə bilməz. Çünki Azərbaycan Respublikası Prezidenti Administrasiyasının yaradılması Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsində nəzərdə tutulub. Lakin dəyişiklikdə göstərilir ki, “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi” sözləri, “orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi” sözləri ilə əvəz edilsin. Bu dəyişiklik özündə nəyi ehtiva edir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hüquqşünas Əyyub Kərimova müraciət edib.

Картинки по запросу əyyub kərimov

Əyyub Kərimov: “Qanunda sərtlik çox olduqca inkişafın qarşısını alır”.


Qanunvericiliyə tez-tez dəyişiklik edilməsinin inkişafa zərər vurduğunu vurğulayan hüquqşünas Əyyub Kərimova görə, Azərbaycan qanunvericiliyində stabilliyə riayət olunması cəmiyyətin və ölkənin inkişafı üçün çox vacibdir:

“Ümumiyyətlə, bütün məsələləri  həll edən bir qanun hələ heç bir parlament tərəfindən qəbul olunmayıb. Qanun qəbul olunur və o qanunda müəyyən dövr keçəndən sonra dəyişikliklər olur. Belə desək, Osmanlı İmperiyasının əsası 1299-cu ildə qoyulub və 1922-ci ildə dağılıb. 1922-ci ildə Osmanlı İmperiyası dağılandan sonra cumhuriyyət yarandı.  Daha sonra isə bildiyiniz kimi, bu yaxınlarda keçirilən referendumdaTürkiyə prezident üsul-idarəsinə keçdi. Baxmayaraq ki, referendumda millətin 49% “yox” demişdi. Yəni ki,  hansısa qanunda dəyişiklik hüquqda məqbul sayılır. Digər tərəfdən, Azərbaycanda vitse-prezident institutu yaradılıbsa, müəyyən xəttlər dəyişməlidir. 

Azərbaycanda dövlət katibi vəzifəsi var idi və sonuncu dövlət katibi Lalə Şövkət idi. Lakin sonradan o vəzifə aradan qaldırıldı. Bizdə prezident üsul-idarəsi  idi, dövlət katibi var idi, amma vitse-prezident yox idi. Lakin indi var. Demək istədiyim odur ki, hansısa qanuna dəyişikliklər müəyyən məqsədlər üzrə həyata keçirilir. Hər bir halda vitse-prezident üsulu yaradılıbsa, oxşar funksiyaları həyata keçirən qurumlarda dəyişikliklər olması gözləniləndir. Qanuna dəyişiklik edilməsi təbii haldır, ancaq o dəyişikliyin hansı məqsədlə edilməsi zamanla görünəcək. Qanun dəyişməyə bilməz. Sadəcə Konstitusiyada həddən çox dəyişiklik edilirsə, o artıq Konstitusiya deyil. 

Baxın, Amerika demokratiyasının təxmini 200-dən çox yaşı var. Lakin bugünə qədər Amerika konstitusiyasına 10-15 dəyişiklik edilib.  Ölkəmizdə bəzi millət vəkilləri də bildirir ki, parlament son zamanlar konstitusiyamıza və vətəndaşların mövqeyinə zidd, ölü qanunlar qəbul edib. Məsələn, valyuta dəyişmə məntəqələri ləğv edilmişdi. Üstündən heç 2 il keçməyib, artıq yenidən bərpa etmək istəyirlər. Bu, çox gülüncdür. Deməli, ləğv olunanda səhvə yol vermişdilər. Eyni zamanda 2 il öncə spirtli içkilərin kartla satışı barədə qərar qəbul edilmişdi, ancaq həyata keçirilmədi. Hal-hazırda isə millət vəkillərinin etik davranışı barədə qərar qəbul etmək istəyirlər. Konstitusiyada dəyişikliklərin tez-tez olması hökümətə xeyir eləməyəcək. Çünki həddən çox dəyişiklik ölkədaxili inkişafa da mane olur. Belə deyim, hansısa ölkədə 3-5 ildən bir referendum keçirilirsə, bu inkişaf deyil. Qanunda sərtlik çox olduqca inkişafın qarşısını alır. Qorbaçovun hakimiyyətə gəldiyi vaxtlarda alkoqollu içkilərə qarşı mübarizə kampaniyası yaradıldı, Azərbaycanda bütün üzümçülüyü məhv etdilər. Azərbaycan müstəqil olandan sonra üzümçülüyün yenidən bərpa olunmasının ağrısını çəkir. Ona görə də hesab edirəm ki, qanuna olduqca çox yamaq vurulanda, o artıq qanun olmur.

Əyyub Kərimov: “Konstitusiyada dəyişikliklərin tez-tez olması hökümətə xeyir eləməyəcək”.


Mən hesab edirəm ki, Prezident Administrasiyası  ləğv olunmur. Sadəcə olaraq, həmin qurum  vitse-prezident inustitutunun tabeçiliyinə keçir. Birinci vitse-prezident institutu prezidentdən sonra ən böyük institutdur. Ona görə də hal-hazırda mövcud olan digər institutların müəyyən funksiyaları qısaldılacaq. Ancaq yenə də deyirəm ki, qanunda tez-tez dəyişikliklərin edilməsi heç bir inkişafa xidmət eləmir. Rusların bir sözü var: Gizli olan hər şey şirin görünür. Qadağa çox olduqca, əks-reaksiyalar da o qədər çox olur. Qanunda stabillik mütləq olmalıdır. Qanunvericilik o stabilliyi qorumağa çalışmalıdır. Ölkədə stabillik olanda, iş yerləri olanda bu cəmiyyətə də öz təsirini göstərir. İntiharların sayı da azalar.

Azərbaycanda stabil qanunvericilik yaradılmalıdır. Elə ölkələr var ki, konstitutsiya 100-200 il qüvvədə qalır, baxın, bu stabillikdir. Fransada Napoleonun dövründə qəbul olunmuş mülki məcəllə var idi. Son 15 ilə qədər o mülki məcəllə qüvvədə idi. Bu baxımdan deyirəm ki, ölkədə bir məcəlləyə nə qədər yaman vurmaq olar?! Təsəvvür edin ki, bir paltar almısınız. O paltarda iki yamaq görünməyə bilər, amma çox yamaq olanda görünür. Məcəllələrdə bu şəkildədir. Qəbul edilən qanun 1 il keçməmiş “yamaqlar” vurulur.

Parlamentdəki bəzi hüquqşünaslar var ki, onların çoxu gerçəyi bilə-bilə susurlar. Mən onlarla təklikdə ünsiyyətdə olanda fikrimlə razılaşırlar, ancaq ictimaiyyətdə fərqli mövqe göstərirlər. Hesab edirəm ki, Azərbaycan parlamenti lazım olan səviyyədə işləmir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar