Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dövlət Departamentinin hesabatının Azərbaycanla bağlı hissəsi qərəzlidir“


"ABŞ Dövlət Departamentinin yaydığı “İnsan haqları 2014” hesabatının Azərbaycanla bağlı hissəsi qərəzli və məqsədlidir"


PİA.AZ-ın məlumatına görə, bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı Çingiz Qənizadə deyib.

"Hesabatda qeyd olunanlar reallıqdan uzaqdır" - deyən, Ç. Qənizadənin  sözlərinə görə, belə hesabatlar qeyri-obyektiv məlumatlar əsasında hazırlanır:

"Penitensiar sahəyə ictimai nəzarəti həyata keçirən “İctimai Komitə”nin koordinatoru kimi qeyd etmək istəyirəm ki, son illərdə qanunvericiliyə edilmiş çoxsaylı əlavə və dəyişikliklər, 10 iyul 2012-ci ildə qəbul edilmiş “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun məhz məhkumların və saxlanılan şəxslərin vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir. 

Məhkumların görüş və telefon danışıqlarının vaxtının iki dəfə artırılması, tibbi müayinə və vəkillə təminatı, ərzaq qəbulu qaydaları, şəxsin saxlanılması zamanı ailəsinin dərhal məlumatlandırılması və s. kimi halları, həmçinin isitmə və havalandırma sistemi ilə bağlı işlərin artıq neçə il əvvəl başa çatdırılmasını ABŞ ya görmür, ya da özlərinin yaratdığı və qanunsuz olaraq yüzlərlə məhbusu istintaq işi aparılmadan və məhkəmənin hökmü olmadan saxladıqları Guantanamo həbsxanası ilə səhv salırlar". 

O, deyib ki, ABŞ-da demək olar ki, polis hər gün vətəndaşlara qarşı güc tətbiq edir, odlu silahdan istifadə edərək irqi ayrı-seçkiliyə yol verir və günahsız olaraq insanlara atəş açıb öldürür. 

"Maraqlıdır ki, Dövlət Depatamenti ABŞ-ın Ferqyuson şəhərində polis Darren Vilsonun 18 yaşlı əli silahsız qaradərili Maykl Braunu, Klivlenddə 12 yaşlı qaradərili oğlan uşağını əlindəki oyuncaq tapançanı silah bilərək güllələnməsini, Baltimorda baş verənləri və neçə-neçə bu cür halları görmür və ya görmək istəmir" - deyə, deputat sonra qeyd edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar