Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dostluq etdiyim birinin saxtakarlığını görəndə məəttəl qalıram”


Müsahibimiz akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi təşkilat bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyevadır


PİA.AZ modern.az-a istinadən Y.Abdiyeva ilə söhbəti təqdim edir:

- Yazgül xanım , bir qadın  özünütəsdiq  üçün nədən başlamalıdır?

- Özünütəsdiq uşaqlıqdan formalaşmağa başlayır  və artıq yetkinlik yaşında bir az da təkmilləşir. Və gənclik yaşında artıq formalaşmış olur. Yəni özünütəsdiq üçün illər lazım olur. Hər bir qadının özünütəsdiqi onun ilk olaraq öz şəxsiyyətindən başlayır. Dünyagörüşü, həyata baxışı, ətrafla davranışı onun kimliyini göstərir. Mən orta məktəbdə çox yaxşı oxumuşam, ictimai işlərdə də fəal olmuşam. Hətta bu fəallığım Tibb Universitetində təhsil aldığım illərdə də özünü göstərib. İndiki işimdə də bu cürəm. Demək uşaqlıqdan başlayan fəallığım indiki yaşıma qədər formalaşıb və indi deyərdim ki, tam təsdiqini tapıb. Ailədə isə qadının özünütəsdiqi  ailəsinə, övladına verdiyi tərbiyəyə çox təsir edir. Qadın ailədə ya formalaşır, ya da formalaşdırır. Məncə güclü qadın  ailəni formalaşdırır ki, bu da elə onun özünütəsdiqi deməkdir.

- İnsanı gözündən tanıyanlardansınızmı?

- Bu bir qədər çətin məsələdir. Bəzən bəli, elə ilk söhbətdən qarşımdakı insanın nə istədiyini, niyyətini anlayıram. Amma bəzən isə əksinə illər uzunu dostluq etdiyim birinin xəyanətini, saxtakarlığını görəndə onun bütün bunları necə gizlətdiyinə məəttəl qalıram. Bir sözlə bu suala birmənalı cavab vermək çətindir. Amma o da var ki, zaman bizim ən böyük müəllimimizdir. Yanlışlıqlarım illər ötdükcə azalır, daha tez qarşımdakını tanıyıram.

- Orta məktəb illərindən  bir çox özəllikləri ilə seçilən Yazgül Abdiyeva istənilən sahədə uğur qazanacaqdı. Niyə, o, məhz göz həkimi olmağı seçdi?

- Uşaqlıqdan həkim olmaq arzusunda olmuşam. İnsanları sağaltmaq, onları həyata qaytarmaq çox ülvi bir hissdir. Hətta mən orta məktəb illərində oxuyanda doğulub böyüdüyüm Gədəbəyin ən səfalı Zamanlı kəndinin dağlarından, dərələrindən şəfalı otları yığıb Bakıda yaşayan qohumlarıma göndərirdim. Hətta hər bir otun üzərinə nə üçün olduğunu, neçə dəfə qəbul etmək lazım olduğunu da yazıb göndərirdim. Bundan çox böyük zövq alırdım. İnsanlara yardımçı olmağımı görüb deyirdilər ki, bu qiz həkim olacaq.

Hətta uşaq vaxtı 7-ci sinifdə oxuyan zaman 10-cu siniflər üçün nəzərdə tutulan olimpiadada iştirak edir və uğur qazanırdı. Onun bu əzmkar xüsusiyyəti indi də hər tərzindən  sezilir. O illəri xatırlatsam yəqin ki, məmnuniyyətlə bölüşər.

- Niyə zamanı qabaqlamaq istəyir ki, insan? 

- Dünyada son vaxtlar inkişaf durmadan davam edir. Artıq insan yüksək texnologiyalar sayəsində çox şeyə qadir olub. “Biz tələsməsək, başqaları bizi keçəcək” fikri  çox vaxt insanı düşündürür və daha fəal edir. Bəzən isə əksinə özünü başqaları ilə müqayisə sağlam hisslər üzərində qurulmur, paxıllıq və xəbislik üzərində qurulur ki, bu da həmin adamı rəqabətdə geriyə salır.  Bilmirəm, insan zamanı qabaqlaya bilirmi? Zamanı qabaqlamaq həm də zamanı itirmək demək deyilmi?  Amma onu deyə bilərəm ki, bacarıqlı insan dünyada baş verən yeniliklərdən geri qalmır. Və daim irəli getmək istəyir.

- 7-ci sinifdə qazandığınız uğur sizin yolunuza mayak oldu, deyilmi?

- Bəli, oldu. Mən uşaqlıqdan həmyaşıdlarımdan seçilirdim. Biologiya fənninə xüsusi marağım var idi. 7-ci sinifdə oxuyanda10-cu siniflər üçün olimpiada keçirilirdi.Mən dəbiologiyadan  əlavə dərs proqramı kimi 10-cu sinif dərsliyini tam bilirdim, mən gəldim olimpiada yarışına professor İbrahim İsayev, Nəsrəddin müəllim və digər müəllimlər etiraz etdilər. Dedilər qızım sənin yaşın çatmır, get 10-cu sinifdə gəl, mən təkidlə dedim, bu yarışa qatılmaq istəyirəm.  Qabil müəllim dedi:  “İbrahim müəllim icazə verək iştirak etsin”. Mən çox sevinirdim ki, bu yarışa qatıla bildim, sonda 10-cu siniflərdən yüksək bal topladım, 1-ci yer tutdum. Mənə diplom verdilər. Müəllimlər təəccübləndilər və dedilər: “Qızım,Tibb Universitetinə sənəd verəndə bu diplomu gətir, səni 1 imtahanla qəbul edərik”. Təbrik etdilər məni.....Amma Universitetə sənəd verəndə diplomu götürmədim, fikirləşdim necə ola bilir, bir olimpiada diplomuna görə mən bir imtahan verə bilərəm.  İmtahanlarımın 4-nü də verdim, heç kimə heç nə demədim, qəbul oldum, 3-cü kursda uşaq xəstəlikləri kafedrasına dərsə gəldim. Professor İ.İsayev məni görəndə dedi, o balaca qız sənsən?....Tibb Universitetini Fərqlənmə diplomu ilə bitirdim. İndi alim kimi öz müəllimlərimlə birlikdə konfransda elmi yenilikləri müzakirə etmək çox sevindiricidir. Hesab edirəm bu sizin dediyiniz mayakın işığıdır.

- Bu gün bəs necə, öz zamanından nə qədər irəlidədir ?

- Məncə bunu mənim ətrafım, əldə etdiyim nailiyyətlərim göstərə bilər. Mən bacardığımı edirəm, amma zamandan irəlidə olduğumu tam deyə bilmərəm. Zamandan irəlidə olmaq adlı bir amacım da yoxdur. Enerjimə, düşüncəmə uyğun davranıram, fəaliyyət göstərirəm. 

- Yazgül xanım, bu gün insanlar nə dərəcədə sağlam görürlər ? Bütün mənalarda...

- Sağlam baxış yalnız sağlam formalaşmış insanda mümkündür. Bunun üçün ailənin və cəmiyyətin sağlamlığı mütləqdir. Təhsilli, ağıllı insan bütün yaranan vəziyyətə yalnız sağlam baxa bilər. Bu gün insanların bütün yaşananlara nə dərəcədə sağlam baxa bilmələri bəzi məqamlarda bir həkim kimi məni narahat edir. 

- Orta statistik insan; Görmədən baxır, duymadan dinləyir, hiss etmədən toxunur, dad almadan yeyir, diqqət etmədən hərəkət edir, qoxuları ayırmadan nəfəs alır, düşünmədən danışır. İnsanda qəbul etdiyiniz və qəbul etmədiyiniz xüsusiyyətlər hansılardır?

- İnsan baxdığını mütləq görməldir. Duymadan dinləyənlər, təəssüf ki, indi çoxdur. Onlar ya dinlədiklərini anlamırlar, ya daözlərini dinləmiş kimi göstərirlər. Hiss etmədən toxunmağa gəlincə, belələri də az deyil. İnsan toxunduğunu hiss edər, əslində. Dad almadan yeyən insanlar artıq insan deyillər (gülür). Diqqət etmədən hərəkət elə  birinci o insanın özünə ziyandır, sonra ətrafa. Qoxuları ayırmadan nəfəs almaq sağlam insana aid deyil. Belə çıxır ki, o sadəcə nəfəs alır. Düşünmədən danışanlar ilk olaraq özlərini biabır edirlər, özləri haqqında mənfi rəy yaradırlar. Sonra isə onları dinləyənlərin vaxtını almış olurlar. Belələri də cəmiyyətimizdə çoxdur, bu da onların savadsızlığından irəli gəlir.

İnsanda qəbul etdiyim əsas xüsusiyyətlər dürüst olmalarıdır. Dürüst insan gözümün işığıdır. Xəyanətkar və yalançıları sevmirəm və onlardan uzaq gəzməyi üstün tuturam.

- 20 il bundan öncə Yazgül Abdiyeva öz dünyasında qurduğu həyatı yaşayır, bəs Tanrının izni il 20 il bundan sonranı necə görür?

- Tanınmış şair, professor Famil Mehdinin belə bir şeiri var: “Başıma gələnlər xoşuma gəlmir, xoşuma gələnlər başıma gəlmir”. Allaha şükür ki, mənim başıma gələn xoş anlarımın çoxu xoşuma gələnlərdir. Amma iradəmizdən kənar baş verənlər də olur. Bundan sonrakı, qismət olarsa, 20 ilimin necə olacağını Allah göstərəcək. Bəli, bacardığım qədər öz ağlımın, düşüncəmin istəyi şəklində  hərəkət etmişəm və edəcəyəm də. Amma biz kimik ki, Allah bilən məsləhətdir.

- Çox az adam uğur əldə etmək üçün, çox az adamın cəsarət edə bildiyi şeyləri edir. Razısınız bu fikirlə?

- Bu fikirlər tam razıyam. Hamı nəsə etmək istəyir, amma həm də əsas cəsarətdir. Cəsarət insanı irəli aparır. Düzdür, bəzən bu cəsarətli yolda uğursuzluq da ola bilər, amma məncə bu insanı getdiyi yoldan saxlamamalıdır. Bir addımladığım çox məsləkdaşlarım var, amma təvazökarlıqdan uzaq olsa da deyim ki, onlardan nə qədər irəlidə olduğumu görürəm.  

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar