Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dinlərin ən ucuzu...”


Çesare Pavezenin “Yaşamaq Məşğuliyyəti”ndən


“Əgər bir qadın axmaq deyilsə, əvvəl-axır çökmüş bir insanla rastlaşır və onu xilas etməyə çalışır. Və bəzən də buna nail olur. Amma əgər bir qadın axmaq deyilsə, əvvəl-axır ağıllı, sağlam bir adam tapıb onu xarabalığa çevirir”.

“Gəncliyimin sona yetdiyini bildirən nüanslar arasında ən əhəmiyyətlisi odur ki, artıq ədəbiyyta qarşı böyük bir istək duymuram. Artıq kitabları bir vaxtlar heç bir şeyə baxmayaraq hiss etdiyim, mənəvi həqiqətlər tapmaq ümidiylə açmıram. Mütailə edirəm, daha çox oxumaq istəyirəm, amma əvvəllər olduğu kimi kitablarda tapdığım müxtəlif həyatları nə həyəcanla qarşılayıram, nə də  bunları parlaq, şeir öncəsi həlim bir gurultuya çevirirəm. Torino küçələrində gəzərkən də eyni şey baş verir.  Artıq bu yerləri yaradıcılıq əzmini sürətləndirən romantik, simvolik bir güc mənbəyi olaraq görmürəm. Hər dəfəsində içimdə “bu əvvəlcədən edilib” demək istəyirəm. Əzilməyimi, psixi aludəçiliyimi, yorğunluğumu və istirahətimi yaxşıca nəzərdən keçirdikdə, düzü, bunlara həyata yeni yönlər gətirəcək bir sahə kimi baxa bilmirəm; bu baxımdan şeir daha az maraqlandırır məni; sadəcə, haqqında düşünəcək və həll ediləcək olan sıxıcı bir şey kimi baxıram hər ikisinə”.

“Həyatın ironik tərəflərindən biri də budur: sevilən biri verən yox, alan insandır. Sevilən biri verməz, çünki sevən verir. Bu da başa düşülməyəcək bir şey deyildir. Çünki vermək, almaq qədər tez unudula bilməyəcək bir zövqdür. Özünə bir şey verdiyimiz insan bizim üçün gərəkli, yəni sevdiyimiz insan olur. Vermək bir ehtiras, az qala, bir qüsurdur. Bir şeylər verə biləcəyimiz insanın olması gərəklidir”.

“Başqa bir insan olmağa çalışmaq mənasız bir cəhddir. İnsan üçün qəribə olan o köhnə xarakterin yeni hadisələrə necə qarşılıq verməsidir”.

“Bu fırtınalı dənizin o tərəfində necə bir həyat var bilmirəm, amma hər okeanın uzaqda da olsa bir sahili vardır. Mən də inanıram ki, o sahilə çatacağam”.

“Uçurumdan xilas olmağın tək yolu ona baxmaq, dərinliyini ölçmək və özünü boşluğa buraxmaqdır”.

“Bəlli olan şeylər o saatca həzm edilə bilir və iştaha geri gəlir. Çətin olanın üzərinə atılmaq, balaca tikəni tapmağa çalışmaq, qısaca, ümidi daha uzun davam etdirmək çox yaxşı olar”.

“Yaşamaq çox uzun bir toplama işidir. Arada bir toplama səhv ediləndə, düzgün nəticə heç vaxt tapıla bilmir”.

“Düşünməkdən başqa edəcək heç bir şeyin olmadığı bir həbsxana otağında belə insan həqiqəti görə bilər”.

“Gerçəklik, insanın elə ya da belə bir formada işində bir bitki kimi yaşadığı və yaşayacağı zindandır”.

“Hər kəsdən qopub ayrılmaq hər insanın edə biləcəyi şeydir”.

“Səhvlər həmişə başlanğıcla əlaqəlidir”.

“Tənhalığın forması yoxdur, daha doğrusu, hər adam üçün ayrı bir tənhalıq forması vardır. Yalqızlar dünyasının dastanı yoxdur”.
“Hər ehtiras, sonraları bir üzləşmə günü olacağı kimi özü ilə birlikdə boş bir inanc da gətirir”.

“Evlənməyə layiq qadınlar – bir kişinin evlənəcək qədər etibar etmədiyi qadınlardır”.

“Bir şeyə ya da kiməsə sahib ola bilmək üçün ona tamamilə boyun əyməməlidi insan ya da özümüzü itirməməliyik. Qısaca olaraq, onun qarşısındakı üstünlüyümüzü qorumalıyıq. Ancaq şeylərin dadını biləkdən ötür bütün mənliyimizi vermək də həyatın bir qanunudur”.

“Unutmayaq ki, sevişmək kimidir şeir yazmaq. Hiss etdiyi zövqün bölüşüləcək olub-olmadığını bilə bilmir insan”.

“Adətən, böyük şairlərin böyük aşiqlər olduğu çox da görülməyib. Arzular, hiddətlər və xəyallar yetərli deyil, daha çoxu lazımdır. Bunun bir adı da Tanrılara xas baxışdır”.

“İnsanın əzab çəkməyə vərdiş etməsi doğrudursa, necə olur ki, illər keçdikcə insanlar daha çox əzab çəkir?”

“Bir də heç vaxt sənə bağlı olmayan şeyləri ciddiyə alma – eşq, dostluq, şöhrət kimi”.

“Bir şeyə sahib olmaq mümkündürsə, ondan imtina edən biri ola bilər?  Belə bir əliaçıqlıq, sadəcə, gücsüzlüyün ideallaşdırılmasıdır”.

“Bütün insanları içəridən yeyən bir xəstəlik, çiyinlərində gündəlik bir yük, müddəti bəlli olmayan bir narahatlıq vardır – tətmin ola bilməmək”.

“Eşqin ən gözəgəlimlisi, sevdiyi haqqında bilmədiyi şeylərlə bəslənir. İnsanın bildiyi bir eşqə münasibətində nə ola bilər?

“Qadın güclünün mükafatıdır, yoxsa zəifə kömək? Həyatın ironiyası: Qadın zəifə mükafat olaraq verər özünü, güclüyə də kömək olaraq. Və heç kim öz seçimini gerçəkləşdirə bilməmişdir”.

“Bu bir ehtiras cinayətidirsə, həyatımız bir vaxtlar qurbanımızın həyatı ilə eyniləşib artıq”.

“Ancaq sərt və qərarlı adamlar özlərini sevimli duyğularla əhatə etmə bilgi və qabiliyyətinə sahibdir. Amma işin ən pis tərəfi odur ki, bu duyğuların ləzzətini ən az onlar ala bilir”.

“Bir nəfəri sevmək, bunun qarşılığında sevilsən belə, sevilən adama aidiyyatı olmayan şəxsi bir məsələdir.”

“Özünü uşaqcasına təslim etməyinlə heç kimin maraqlanmadığı an bitər gənclik”.

“Heç kim, hətta kişilər belə müəyyən bir güc yaymırlarsa ətrafa, üzünə belə baxılmaz. Qadınlar da “fikir vermə” - deyərlər, amma başqa biri ilə evlənərlər. Evlənmək yeni bir həyat qurmaqdır. Bu də sənin heç vaxt edə bilməyəcəyin şeydir. Deməli, həddən artıq davam edib uşaqlığın”.

“Onunla - xəyallarının insanı ilə münasibətində hər şey bu qədər pis yaşandıqdan sonra, başqa kiminlə yaxşı münasibət qura biləcəksən?”

“Sən düşüncələrə əsaslanaraq yaşayırsan, o isə gerçəklərə; gerçəklər isə heç vaxt əyri-üyrü, heç vaxt səhv deyildir”.

“Yaşamaq sənəti, yalanlara inanmağı bacarmaq sənətidir. Bunun qorxulu tərəfi, gerçəyin nə olduğunu bilməməyimizə baxmayaraq, yalanın yalan olduğunu hələ də başa düşməyimizdir.”

“Heç bir şeyə fikir vermədən sevmək, qarşılığı davamlı ödənilən bir lüksdür”.

“Birini sevən insan nə üçün bu münasibətin həyat boyu davam etməsini istəməkdə inad edir? Çünki yaşamaq əzab çəkmək, eşqin dadını bilmək isə duyğusuzlaşmaq deməkdir – bir əməliyyatın ortasında kim oyanmaq istəyər ki?!”

“İnsanın aşiq olmadığı vaxtlarda rahat olması çox asandır”.

“Eşq, sadəcə, heyranlıqdan yaranarkən, bir nəfərin, sadəcə, sənə yazığı gəldiyi üçün sevməsinə şərait yaratmaq, həqiqətən də, çox yazıq bir düşüncədir”.

“Tək qalacaq fiziki güc artıq məndə yoxdu. Nə vaxtsa dözə bilirdim, amma sonra yara yenidən açılır və sonradan açılan bütün yaralar kimi ölümcül olur”.

“Başqasına nifrət edən insan heç vaxt tək qalmır. Nifrət etdiyi insan davamlı olaraq onun yanındadır”.

“Sadəcə, fədakarlığa ehtiyac olan sevgiyə inan. Çox vaxt hər şey boş sözlərdən başqa bir şey deyildir”.

“Ən müqəddəs sevgilərimizin hamısı tənbəl bir vərdişdən başqa heç nə deyildir”.

“Bu, zəiflikdən yaranır: insan, daxilən verdiyi qərara etibar etmədiyi üçün qaba sözlərə, söyüşlərə, biabırçılıq yaratmaq kimi ayrılmağın xarici görünüşünə əhəmiyyət verir. Bu davranış pislik hissindən qaynaqlanmaz, amma hər növ pisliyin mənbəyi baş tutmamış ehtirasdırsa, o vaxt mütləq pisliyə də səbəb ola bilər”.

“Başqalarına o qədər az əhəmiyyət veririk ki, Xristianlıq belə “Tanrı eşqinə” görə yaxşılıq etməyimizi istəyir”.

“Otuz yaşını keçmiş hər kəs gəncliyi ilə edə biləcəyi ən qorxulu səhvi eyniləşdirir”.

“Tək qalmamaq üçün bütün gecə aynanın qarşısında oturdum”.

“Yazarkən yazdığımız şeyə qarşı kor kimiyik. O an yazdığımız şeyin alınıb-alınmadığını, yəni ayırdığımız vaxta görə uğurlu sayıb-saymayacağımızı bilmirik. Sadəcə, onu yaşayırıq”.

 

“Yetkinlik – özünə yetərli olan bir tənhalıqdır. Gənclik isə nə öz bədəninə sahibdir, nə də xarici dünyaya”.

 

“İllər xatirə vahididir, saatlar və günlər isə həyat”.

“Siyasət, ola  biləcək şeylərin sənətidir. Həyat hər tərəfi ilə siyasətdir”.

“Subaylar evliliyi evlilərdən daha ciddi hesab edirlər”.

“Bizim üçün keçmiş həm düşünmədən yenidən yaşaya biləcəyimiz qədər vərdiş etdiyimiz, həm də ona hər vaxt qayıtdıqda təəccübləndirəcək qədər bizə yad olmalıdı”.

“Dinlərin ən ucuzu eşqdir”.

“Heç əsəbiləşməyən insandan ehtiyat edin, çünki insan özünə nəzarət etmədiyi vaxt səmimidir”.

“Belə başa düşürəm ki, mən tək qalmağı öyrəndikdən sonra yetkinləşdim, başqaları isə birlikdə olma gərəyi hiss etdikləri vaxt”.

“Bir dəfə aşiq olduqdan sonra düşməni özümüzün də etməyə hazır olduğumuz günahlara görə təqsirləndirərik.”

“Söhbət eşqdən açılanda insan, sadəcə, özünə aid eşq söhbətlərinə dözə bilir”.

“Sevgi iki sevgilini bir-birinə yox, özlərini özlərinə çılpaq göstərmək gücünə malikdir”.

“Qapılarım bütün ehtiraslara açıqdır, amma unutmamalıyıq ki, insan nə etdiyi ilə yox, nə olduğu ilə ölçülür”.

“İnsan heç vaxt tamamilə tək deyildir dünyada. Ən pis vaxtda, bir uşağı, bir gənci və artıq yetkinləşmiş bir adamı, yəni özünün əvvəlki halını yanında görər”.

“Tanımaq, bilmək istəyidir eşq.”

“Yepyeni bir yerə, özünəxas görünüşü, adətləri, evləri, üzləri olan bir yerə gedəndə, orada yaşasaydım, indi xatirələrim olacaq şeylər daha çox diqqətimi çəkir. Ətrafda gəzərkən başqalarının xatirəsini pozma hissini mənə verən də budur”.

“Hər şey təkrarlanma, yenidən yola düşmə, geri dönüşdü. Əslinə qalsa, ilk dəfə olan belə ikinci dəfədir”.

“Əslində, aşiq olan, ya da nifrətə düşən adam, boş inancları olan biri kimi özü üçün simvolizim yaradır. Bu, şeylərə və insanlara əvəzsiz xarakter vermək ehtirasından yaranır. Simvolun nə olduğunu bilməyən insan, sadəcə, Dantenin miskinlərindən biridir”.

“Elə bir vaxt gələr ki, etdiyimiz hər şeyin sonunda bir xatirə olacağı həqiqətini düşünmək məcburiyyətində qalarıq. Bu, yetkinlikdir. Yetkinliyə çatmaq üçün gərək insanların bəzi xatirələri olsun”.

“Bir şeydən xilas olmaq üçün görməməzlikdən gəlmək əvəzinə, onu yaşamalıyıq”.

“Birindən qisas almaq istəyirsənsə, özünü elə apar ki, guya onu bağışlamısan. Qoy həyatın özü ondan qisas alsın”.

“Hər səhər nəmli, isti bir qəlib, bir göy cismi kimi yataqda yorğunluğumuz qalar”.
“Yazmaq gözəl bir şeydir, çünki öz-özünə danışmaq və kütləyə danışmaq kimi iki zövqü birləşdirir”.

“Bir insan zəncirlərinə nə qədər dözə bilmirsə və azadlıq ehtiyacı duyursa, bu, o qədər də vərdişlərdən yaranır. Ələ düşməyən, sadəcə, dardüşüncəlilikdir”.

“Müəyyən şeylərdən nizamlı şəkildə və inanclı olaraq əl çəkən insan, elə həyatını bu şeylər üstündə qurub. Gözü, sadəcə, bunları görür”.(kult.az)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Ən çox oxunanalar