Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dinimiz cins şalvarı qadağan etmir“ – Hacı Şahin


Türkiyəli din xadimi NurəddinYıldız cins şalvar geyinməyin müsəlmanlar üçün günah olduğunu deyib


O hesab edir ki, müsəlman kişilər cins şalvar geyinməməlidir: “Təəssüf ki, indi həm Avropada, həm də Türkiyədə cins şalvar geyinilir. Bu şalvar kafiləri təqlid etmək sayıldığından onu geyinmək olmaz. Hətta avropalılar da cins şalvarları yüksək səviyyəli tədbirlərə gedəndə geyinmirlər. Bu geyim amerikalı çobanların geyimi sayılır. Ümumiyyətlə isə şalvar bizə uyğun geyim deyil. Gərək şalvardan tamamilə imtina edək, amma təssüf ki, belə imkanımız yoxdur”.

Bir çox dindarlar onun fikirlərini dəstəkləyərək cins şalvarın haram olduğunu iddia edirlər.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Şahin də məsələyə münasibət bildirib. 

Azvision.az-a açıqlamasında dindar bildirib ki, İslam dinində bayağı geyimlər, insanın şəninə uyğun olmayan və yad mədəniyyətə təslim olmaq qadağandır: 

“Cins şalvarı o kateqoriyalara aid etmək olmaz. Şalvar normal geyim formasıdır və onu qadağan etmir. Bunun nə elmi, nə də dini əsası yoxdur. Dində onu qadağan edən belə bir tələb yoxdur. Dinimiz cəmiyyətin qəbul etdiyi normalara, tələblərə cavab verən geyimi dəstəkləyir. Sadəcə olaraq insanı gözdən salan geyim, məsxərə obyektinə çevirən geyim olarsa, insanlar bu tipli geyimləri geyməsələr yaxşıdır. Dinimiz də bundan çəkinməyə çağırır”. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Ən çox oxunanalar