Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Deyirdim ki, arxamca düşmə, qohumlarım görər“


Mərhum xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürk ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olub


Axşam.az-ın məlumatına görə, o, X.R.Ulutürklə bağlı xatirələrini bölüşüb, onunla tanış olması haqda danışıb:

"1954-cü ildə universitetdə mən 1-ci, Xəlil isə 4-cü kursda oxuyurdu. Bacım da Xəlillə eyni qrupda idi. Bacım işlədiyi üçün, ona həmişə yemək aparırdım. Xəlil də məni orada görmüşdü. Daha sonra arxamca gəlirdi, məktublar yazırdı. Onun cəsarətli olduğunu görüb istər-istəməz meyl göstərdim. Məhəbbət yolunda çoxlu maneələrlə rastlaşmışam. Ailə üzvlərim istəmirdi və qadağalar qoyurdu. Hamamxanamız var idi, onun yazdığı məktubları orada gizli oxuyurdum. Gördüm ki, həyat yollarını tanıyır, yaşamağın yollarını bilir. Ona dəqiq bir söz deməmişdim, sadəcə yanımda və arxamca gəlməməsini istəmişdim ki, qohumlarım görər. Atam Salyanda baş həkim işləyirdi. Anam atama məsələni danışmışdı. Xəlilin də atası Salyanda mənim atamla gedib danışdı. Anam da istəyirdi ki, mən öz nəslimizdən olan həkimə gedim. Eyni vaxtda həm Xəlilgil, həm də anamın qohumları elçi gəldi. Birini öz evimizdə, birini də qonşunun evində əyləşdirdilər. Mənlə söhbət etdikdən sonra atama cavabımı dedim. Universiteti bitirdikdən sonra evləndik".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar