Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dəvətlərə onunla gedirəm ki, onu efirlərə çağırsınlar”


“Kişi sözü” reytinq qurbanı olmadı, sponsor qurbanı oldu


İndiki zamanda sponsor tapmaq çox çətindir. Amma 16 seriya çəkilsə də, öz sözümüzü dedik. Mənim üçün proses əsasdır, yəni ayrı-ayrı rejissorlarla, qruplarla işləmək zövq verir, sonrası tamaşaçının ixtiyarındadır”.

Bu sözləri Axşam.az-a əməkdar artist Nahidə Orucova deyib.

“Bayram axşamı” filminin qala gecəsinə qatılan aktrisa buradakı kiçik obrazından söz açıb:

“Aktyor və aktrisa ekran işlərində nə qədər çox çəkilirsə, bir o qədər açılışır, işsiz qalanda isə pis olur. İndi mənim 5 dəqiqə vaxtım yoxdur. Yoruluram, amma bu, xoş yorğunluqdur. Xoşbəxtəm ki, xalqın sevincini, məhəbbətini qazanmışam.

“Bayram axşamı”nda kiçik rolum var. Bu qrupla, xüsusən də Murad Dadaşovla çox yaxın dostuq. İki rol oynamışam, tam fərqli obrazda. Əsas rolda deyiləm”.

O, yeni seriallara dəvət edildiyini də deyib:

“Yeni serial təklifləri də var, amma adını açıqlamayacağam. Əvvəlcədən demək mənə düşmür. İndiyənə qədər heç nə gizlətməmişəm, amma 56 yaşından sonra bəzi şeyləri gizlətmək qərarına gəlmişəm. Əvəllər ümumiyyətlə nəzərə inanmırdım. Bundan sonra inanmağa başlamışam".

N.Orucova son günlər sosial şəbəkələrdə aktiv olmasından danışıb:

“Sosial şəbəkələrdə tez-tez video və fotolar paylaşıram, öz fikrimi yazıram, rəy də bildirirəm. Həmçinin izləyicilərimin də, mənim haqqımda yazdığı şərhləri cavablandırıram”.

N.Orucova son günlər birlikdə göründüyü müğənni Cəmilə İsgəndərova ilə dostluğundan bəhs edib:

"Cəmilə ilə uzun müddətdir dostluq edirik. Tədbirlərə daha çox onunla gedirəm. O, çox vaxt xaricdə olub, Rusiyanı qarış-qarış gəzib. İndi hər dəvətə onunla gedirəm ki, görsünlər, onu da efirlərə çağırsınlar. İnsan bir-iki gün görsənmədi, o dəqiqə yaddan çıxır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar