Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dərmansız” balığı necə tanıyaq?


Əməkdaşımız bu mövzuda suallara aydınlıq gətirmək üçün satıcıları və alıcıları danışdırıb; bazarlardakı son qiymətlər bu yazıda...


Artıq bir aydır ki, balıq mövsümünə start verilib. Belə bir deyim var ki, hansı ayda “r” hərfi yoxdursa, o ayda balıq yemək məsləhət deyil. Odur ki, artıq may ayınadək balıq yemək tam təhlükəsiz hesab edilir.

Məlumdur ki, balığın Azərbaycan mətbəxində xüsusi yeri var. İllər uzunu aparılmış bir sıra araşdırmaların nəticəsi göstərir ki, tez-tez balıq əti yeyən adamlarda iflic və ürək çatışmazlığı kimi xəstəliklər az olur. Məsələn, balıq ətindən daha çox istifadə edən İslandiya, Yaponiya kimi ölkələrdə ölüm faizi olduqca aşağıdır. Balığın tərkibində çoxlu miqdarda zülal, D vitamini, fosfor və kalsium kimi lazımlı maddələr bütün yaş qruplarına aid uşaqlar üçün xüsusilə əhəmiyyətlidir. Bundan başqa, balıq xərçəng əleyhinə faktor sayılan Omeqa-3 yağları baxımından çox zəngindir. Mütəxəssislərin fikrincə hər bir insan ildə orta hesabla 15-20 kiloqram balıq yeməlidir.

Bəs balıq alarkən nələrə diqqət etməliyik? Onun köhnə və ya təzə, dərmanlı-dərmansız olduğunu necə bilmək olar?

Suallarımıza cavab tapmaq üçün balıq satılan məkanlardan birinə - “Yaşıl bazar”a yollandıq. Balıqlar təzə idi. Əksəriyyət balıqlar isə yerdə su ilə dolu qabda hələ də çabalayırdı. Ona görə də bu məkandan əliboş qayıtmaq mümkün deyil. Satıcılara yaxınlaşırıq. Onlar balıqların dadından, fərqindən, bişirilməsindən, satılmasından söz salırlar. Eyni zamanda digər günlərlə müqayisədə alverlərinin az olduğundan gileylənirlər.

Daha çox gileylənən ilk müsahibimiz Laləzar Zeynalova deyir ki, balığı bir gündən artıq saxlamaq olmaz: “Balığı tutdun, həmin gün satmalısan. Yəni təzə balıq həmin gün yeyilməlidir. İki gün əvvəl tutulan balıq köhnə sayılır. Onu yemək də təhlükəlidir. Biz balığı elə tutduğumuz gün satırıq. Qalanları da özümüz üçün duzlayıb saxlayırıq”.

Laləzar xaladan təzə balığı necə tanımaq olar deyə soruşduq. “Bəzi adamlar balıq alanda onun qulağına baxır. Əgər balığın qulağı qırmızıdırsa, deməli o təzədir deyə düşünürlər. Ancaq bu, heç də belə deyil. Bəzi balıq satanlar köhnə balığın içini yarıb yaxşıca duzlayırlar. Duz balığın canında pis, zərərli nə varsa hamısını öz canına çəkir. Sonra da həmin balığı yuyub təzə kimi satırlar. Heç kim də o balığın köhnə olduğunu hiss etmir. Bu cür balıqlara daha çox mağazalarda rast gəlinir”.

Söhbətləşdiyimiz digər balıq satıcısı Validə Rəhimova satışda olan ən bahalı balığın qızıl balıq olduğunu dedi: “Onun kilosu 25-30 manat arasındadır. Nərə balığı da 25-50 manat arasında satılır. Ən ucuz balıq isə 4-5 manatadır. Bəzən alıcı təmizlənmiş balıq istəyir. Biz o zaman balığı təmizləyib alıcıya təqdim edirik. Buna görə də əlavə pul almırıq. Bilirik ki, Bakıda çox adamın evində balığı təmizləməyə şərait olmur. Ancaq alıcılar çox vaxt balığın pulundan əlavə, onun təmizlənməsinin də pulunu verirlər. elə vaxt olur ki, gün ərzində 100-ə yaxın balıq təmizləyirəm”.

Söhbətimizin bu yerində bir müştəri gəlir və balıq almaq istədiyini deyir. Digər satıcı isə alıcıların daha çox sümüksüz balıqlara üstünlük verdiyini deyir: “Satışa daha çox kütüm, sazan, kifal, belamur, xanıbalığı və berj kimi balıqlar gətiririk. Alıcılar ən çox sümüksüz balıqlara üstünlük verir”.

Alıcı Xatirə Əliyeva balığı həmişə bazardan aldığını deyir: “Bəzən metro yaxınlığında, yerdə harada gəldi balıq satırlar. Mən onları almıram. Çünki təmizliyinə və keyfiyyətinə əmin deyiləm. Ancaq burada təzə balıqlar satılır. Özüm də təzə balığı tanıya bilirəm. Balığın gözlərinin rəngindən onun təzə və ya köhnə olduğunu təyin edə bilirəm”.

Vaxtilə balıqçı olduğunu deyən alıcı Ənvər dayı da balıqları çox yaxşı tanıdığını dedi: “Satıcı hər nə qədər də desə ki, bu balıq təzədi al, mən ona inanmıram. Mən balığın iyindən onun necə balıq olduğunu, hətta neçə saat əvvəl tutulduğunu da bilirəm. Təzə balığın ağzı örtülü, köhnə balığın isə ağzı açıq olur. Üstünün pulcuqları isə parlaq olur və onu dırnaqla qoparmaq mümkün olmur. Fikir versəniz mağazada satılan balıqla bazarda satılan balığın dadındakı fərqi görərsiniz. Mağazada dondurularaq balıq günlərlə hətta həftələrlə qalır deyə dadını dəyişir”.
Digər satıcı Məmməd dayı isə bizə təzə balığı necə təyin etməyin yolunu əyani şəkildə izah edərək göstərdi: “Təzə, keyfiyyətli balığın dərisinin səthi təmiz, az miqdarda şəffaf selik ilə örtülü, pulcuqları hamar və parlaq, dərisi ətinə möhkəm yapışmış olur, gözləri şəffaf, parlaq olur. Qəlsəmələrin arasını iylədikdə spesifik təzə balıq iyi hiss olunur. Təzə balığın qəlsəməsi tünd qırmızı, köhnə balıqlarda isə boz rəngə çalır. Xarab olma dərəcəsindən asılı olaraq qəlsəmələrin rəngi qırmızı-qəhvəyi, çəhrayı və başqa rəngə çevrilə bilər. Qəlsəmələrin üzərindəki selik qatı isə təzə balıqlarda şəffaf və rəngsiz olur. Əzələsi bərk, elastik olub, sümükdən çətinliklə ayrılır. Basıldıqda əmələ gələn batıq tez hamarlanır. Təzəlik dərəcəsinin itməsi ilə əlaqədar olaraq balıq ətinin ağ rəngi itir və çəhrayı, qırmızı, qonur rəngə çalır. Təzəlik dərəcəsinin azalması ilə əlaqədar olaraq selik şəffaflığını itirir, ağ, sarı və boz rənglərə çalır. Saxlama müddətinin keçməsi nəticəsində balığın gözünün rəngi də bulanıqlaşır”.(musavat)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Ən çox oxunanalar