Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Deputat sayının 220-250 nəfərə çatdırlması vacibdir”


Hafiz Hacıyev: “Proporsional seçki sisteminin bərpasının arzusundayıq və istəyərik ki, partiyaların təmsilçiləri orada çoxalsın”


Gülağa Aslanlı: “Mən qarışıq sistemin tərəfdarıyam və fikrimcə, 125 deputat sayı 160 nəfərə çatdırıla bilər”.

2015-ci ilin Azərbaycan üçün ən böyük önəmli hadisələrindən biri bu ilin payızında keçiriləcək parlament seçkiləridir. Nəzərə alsaq ki, parlament seçkiləri beynəlxalq münasibətlərin gərginləşdiyi və dünyada yaşanan növbəti iqtisadi böhranın pik nöqtəyə çata biləcəyi zaman kəsiyinə təsadüf edir, o zaman doğrudan da, bu seçkilərin Azərbaycan üçün həyati əhəmiyyəti də ortaya çıxmış olacaq. 

Azərbaycanın siyasi spektrində yeni balans yaradacaq bu seçkilərə siyasi partiyaların maraqları hansı səviyyədə olması da sözsüz seçkilərin gedişinə təsir edə biləcək əsas faktorlardan biridir. Qeyd edək ki, bir müddət əvvəl bir sıra siyasilər və partiya sədrləri Milli Məclisə keçirilən seçkilərdə proporsional seçki sisteminin bərpa olunması və Milli Məclisin sayının artırılması təklifi ilə çıxış etmişdi. Hazırda proporsional seçki sisteminin bərpa olunması və Milli Məclisin sayının artırılması siyasi partiyalar üçün  nə qədər aktualdır və bu təklifin reallaşması ümumiyyətlə mümkündürmü?

PİA.AZ-ın əməkdaşı bu sualla siyasi partiya sədrlərinə və siyasətçilərə müraciət edib. Demək olar ki, rəyini öyrəndiyimiz bütün siyasi partiyalar proporsional seçki sisteminin bərpa olunmasının tərəfdarı olaraq çıxış edirlər. Qeyd edək ki, bəhs edilən dəyişikliyi həyata keçirmək üçün konstitusiyada dəyişikliklər olunmalı və bunun üçün ümumxalq referendumu keçirilməlidir.

Bu məsələ ilə bağlı partiya sədrlərinin və funksiyonerlərinin fikirlərini oxucularımızın diqqətinə çatdırırıq:


“Hesab edirəm ki, Milli Məclisdə ən azı 50, ən çox 75 propasional sistemə yer ayrılmılıdır”

Ümid Partiyasının sədri, deputat Iqbal Ağazadə:

“Deputat yerlərinin artırılmasının tərəfdarı deyiləm amma propasional seçki sisteminin bərpasının tərəfdarıyam. Hesab edirəm ki, Milli Məclisdə ən azı 50, ən çox 75 propasional sisteminə yer ayrılmılıdır. Qalanı yerlərin isə mojaritar seçki sistemi ilə doldurulmasının tərəfdarıyam.125 millət vəkili seçici sayına görə ölkənin qanunverici orqanının işini həyata keçirmək baxımından səmərəli rəqəmdir. Həyatda hər şey mümkündür, lakin bunun revallaşa biləcəyinə inanmıram. Çünki hakimiyyət hələlik bunu istəmir”


“Bu təklifin müəlliflərindən biri də mən olmuşam”.

AXP sədri Pənah Hüseyn:

“Parlament seçkilərində deputat yerlərinin artırılması və proporsional sistemin bərpası iqtidardan asılıdır. Çünki Milli Məclis və ya Prezident tərəfindən referendum təyin olunmalıdır ki, konstitutsiya dəyişdirilsin. Mürəkkəb, problemli məsələ olmasına baxmayaraq reallaşması mümkündür. Eyni zamanda qeyd edim ki, bu təklifin müəlliflərindən biri də mən olmuşam”.


“Şəxsən mən qarışıq sistemin tərəfdarıyam” 

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı:

“Yaxşı olardı ki, ölkədə həm proporsional , həmdə majoritar seçki sistemləri tətbiq olunsun. Çünki hər iki  sistemin üstün cəhətləri var. Proporsional seçki sistemi siyasi partiyaların cəmiyyətdə güclənməsinə əhəmiyyətli təsir edərdi. Majoritar seçki isə birbaşa insanlarla təmas üçün, seçicilərin qaldırmış olduqları məsələlərə konkret və daha fəal münasibət bildirmək üçün üstün cəhətlərə səbəb oal bilər. Şəxsən mən qarışıq sistemin tərəfdarıyam və fikrimcə, 125 deputat sayı 160 nəfərə çatdırıla bilər. Bunların həyata keçirilməsi üçün mütləq şəkildə konstitusiya normalarında dəyişiklik edilməlidir və Azərbaycan xalqı buna müsbət yanaşarsa, o zaman proporsional seçki sisteminin bərpası mümkündür”. 


“Vaxtilə parlamentdə deputatlarının sayının 200 nəfərə çatdırılması barədə təkliflərimiz olub”

Müsavat başqanının müavini Gülağa Aslanlı:

“Proporsional seçki sisteminin tətbiq olunması artıq günün tələbidir.  Demokratik ölkələrdə əsasən seçkilər proporsional seçki sistemi vasitəsilə həyata keçirilir. Düşünürəm ki, Azərbaycanda qarışıq seçki sisteminə yəni həm proporsional, həmdə majoritar seçki sisteminin birgə tətbiqinə  çox böyük ehtiyac var. Bunun həm də siyasi partiyaların fəaliyyətinin daha da yaxşılaşması və demokratik seçki keçirilərsə, ölkədə seçki partiyaların yerinin müəyyənləşməsində də çox böyük rolu var. Parlamentdəki yerlərin artırılmasına gəlincə, bu məsələdə günün tələbinə çevrilib. Vaxtilə parlamentdə deputatlarının sayının 200 nəfərə çatdırılması barədə təkliflərimiz olub və biz bunu dəstəkləyirik”.


“Bunun üçün isə siyasi iradə lazımdır”

Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər:

“Doğrudur, Azərbaycanda bir sıra müxalifət partiyaları həm proporsional seçki sisteminin bərpası, həmdə parlament seçkilərində deputat yerlərinin artırılması ilə bağlı təklif irəli sürüblər. Bu,  ilk növbədə qanunverici orqanın səlahiyyətindədir və qanunverici orqan PrezidentPrezident Aparatı hər hansısa təklif vermədən siyasi qərarlar qəbul etmir. Bunun üçün isə siyasi iradə lazımdır. Hələlik bu iradəni görmürəm”.


“125 deputat sayının 220-250 nəfərə çatdırlması vacibdir”

Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədr müavini Xəzər Teyyublu:

“Düşünürəm ki, Azərbaycanda seçki sistemi çox bərbad vəziyyətdədir. Çünki ölkədə seçki komissiyaları yalnız bir partiyanın əlindədir.  Eyni zamanda həm məntəqə, həm də dairə seçki komissiyalarında demək olar ki, siyasi partiyaların nümayəndələri yox dərəcəsindədir. Hamısı iqtidar yönümlü partiyalardır. Ona görə də proporsional seçki sisteminin formalaşması müxalifətin mübarizə üsullarından biri sayıla bilər. Digər tərəfdən, proporsional seçki sistemi ölkədə ləğv olunub, bu mütləq bərpa olunmalıdır. Proporsional seçki sisteminə əsasən siyasi partiyalar seçkilərdə iştirak etməlidirlər və daha sonra xalqın etimadını qazanmış partiyalar nümayəndələri ilə birlikdə parlamentlə təmin olunmalıdırlar. Proporsional seçki sisteminin bərpasından sonra parlamentdə 125 deputat sayının 220-250 nəfərə çatdırlması vacibdir. Ona görə ki, proporsial seçki sistemi  ilə seçilən millət vəkillərinin parlamentdə oturması  Azərbaycan dövlətçiliyi , konstitusiyası və gələcəyi üçün önəmli məsələlərdən biri sayıla bilər. Bu baxımdan proporsional seçki sisteminin bərpasını dəstəkləyirəm və parlamentdə millət vəkillərinin sayı 220-250 nəfərə qaldırılıb, ölkənin siyasi mübarizəsi qarşılıqlı rəqabət şəklində  parlamentdə mütərəqqi qərarlar qəbul edib, millətin ixtiyarına verməlidir”.


“Həm beynəlxalq təşkilatlar, həm də  partiyalarımızın  istəyidir ki, bu məsələ gerçəkləşsin”

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev:

“Parlament seçkilərində deputat yerlərinin artırılması və proporsional sistemin bərpası məsələsi Azərbaycanda çox aktual məsələdir. Həm beynəlxalq təşkilatlar, həm də  partiyalarımızın  istəyidir ki, bu məsələ gerçəkləşsin.  Azərbaycanda proporsional seçki sistemi olarsa,  siyasi resursların möhkəmlənməsi daha da güclü ola bilər. Xüsusən də bu bir reallıqdır ki, partiyalarımız təcrid vəziyyətindədir. Proporsional seçki sistemi olarsa, partiyalarda maraq da artar və öz gücünü daha da artırar. Amma təəssüflər olsun ki, bu məsələ müəyyən dairələr tərəfindən böyük təpkiylə qarşılanır. Proporsional seçki sisteminin bərpasının arzusundayıq və istəyərik ki, partiyaların təmsilçiləri orada çoxalsın.  Buna baxmayaraq, bu mövzuda partiya sədrlərinin fikirlərini nəzərə almırlar. Görünür, bu məsələdə lazımınca fəaliyyətimiz olmayıb. Düşünürəm ki, parlament seçkiləri yaxınlaşdıqca bu məsələlərə diqqət artırılacaq. Proporsional seçki sisteminin bərpası barədə bizim də təklifimiz olub”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar