Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Demokratiya Ermənistanın danışa biləcəyi ən sonuncu mövzudur“


Azərbaycana qarşı təcavüzün nəticəsidir ki, Ermənistan bu gün tam iflas həddinə çatıb


Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın Azərbaycan haqqında söylədiyi fikirləri şərh edərkən deyib.

O, qeyd edib ki, Ş.Koçaryanın söylədiyi fikirlər xüsusi şərhə layiq olmasa da, bu şəxsin institusional yaddaş zəifliyindən əziyyət çəkdiyini görərək ona küçələrə çıxaraq paytaxt Yerevan və ölkəni bürümüş kütləvi iğtişaşlara baxmağı xatırlatmaq istərdik: "Demokratiya, insan hüquqları və tolerantlıq Ermənistan rəsmilərinin danışa biləcəyi ən sonuncu mövzudur, o ki qaldı digər dövlətlər barəsində şərh verilsin".

H.Hacıyev bildirib ki, Ermənistanın hərbi xuntasının yürütdüyü uğursuz daxili və xarici siyasətin, o cümlədən Azərbaycana qarşı təcavüzün nəticəsidir ki, Ermənistan bu gün tam iflas həddinə çatıb: "Əhalisinin 50 faizdən artığı ifrat yoxsulluq şəraitində olan, xarici borcu ümumdaxili məhsulu bir neçə dəfə üstələyən, demoqrafik böhran şəraitində olan Ermənistan tarixi reallıqdan məhrum “mifik soyqırımı” digər ölkələrin parlamentlərində deyil, əsl faciəni Ermənistanın “njdexeizm” adlı faşist ideologiyasına xidmət edən hərbi diktatura rejiminin əməllərində axtarmalıdır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar