Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dəmirbank”ın vəzifəli şəxsinə cinayət işi açıldı


“Dəmirbank” ASC-nin Sumqayıt filialının vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb


Baş Prokurorluqdan "Qafqazinfo"ya verilən məlumata görə, istintaq zamanı filialın müdir müavini vəzifəsində işləyən Cabir Sultanovun qulluq mövqeyindən istifadə etməklə filialda müştərinin adına açılmış depozit hesabdan 10 min manat məbləğində pulun alınmasına dair sənədə vətəndaşın əvəzinə imza edib.

 Həmin məbləği nağd olaraq şəxsən götürərək mənimsəmə yolu ilə talamasında, həmçinin Sumqayıt şəhər sakini tərəfindən depozit hesaba köçürülməsi üçün ona verilmiş 40 min manat məbləğində pulu hesaba köçürməyərək etibardan sui-istifadə edib dələduzluq yolu ilə ələ keçirməsində, habelə filialın xəzinədar-əməliyyatçısı Səidə Abıyevaya müştərinin iştirakı olmadan rəsmi sənədləri tərtib etdirib müştərinin adından imzasını icra etdirməklə “Dəmirbank” ASC-nin hüquqlarına və qanuni mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan C.Sultanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), S.Abıyevaya isə həmin məcəllənin 308.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə dəymiş ziyanın tam ödətdirilməsi təmin olunub.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar