Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dedim ki, qızım yoldaşı ilə ayrı yaşamalıdır”

Əməkdar artist Firuzə İbadova qızı Hülyanın ailəsinin dağılmasından danışıb


Axşam.az-ın məlumatına görə, “10-dan sonra” verilişinin qonağı olan müğənni valideynlərin gənc ailələrə müdaxiləsi ilə bağlı fikirlərini bölüşüb: 

“Qız anaları bir az təvazökar olmalıdır. Qız bir ocağa gəlin gedir. Orada qayınanın dediyi 70% olmalıdır. Qız anasının sözü 30-40% olsa, bəs edər. Yaxşı olar ki, analar öz övladlarına doğru istiqamət göstərsin. Mən qızımın ailə işinə cəmi bircə dəfə qarışmışam. Dedim ki, bunlar ayrı yaşamalıdır. Bəzi fəsadlara gətirib çıxarmaması üçün belə söylədim. Razılığa gəlmələri mümkün olmadı. Allah onu da, mənim qızımı da xoşbəxt eləsin. İstəməmişəm, övladım nədənsə əziyyət çəksin. Hər şeyi mənə deməsə də, görmüşəm ki gözlərində kədər, həsrət var, gizlicə ağlayır. İstəmişəm, istiqamət verim. Ancaq görmüşəm ki, istiqamət verilməli bir şey yoxdur. Hər şeydən yaxşısı susmaqdır. 

Bircə dəfə ərinin ailəsinə dedim ki, bu oğlan üçün gərək heç kimin qapısına, özü də mən yazığın qapısına gəlməyəydiz. Amma ortada böyük hörmət var, onlara hörmət edirəm. O da çox ağıllı, savadlı, kamallı oğlandır. Amma kaş mənim qapıma gəlməyəydi, gedib öz tayını tapaydı”.
 
Qeyd edək ki, Firuzə İbadovanın qızı Hülya 2008-ci ildə Kanadada yaşayan Cavid adlı şəxslə ailə qurub. Əri ilə 2010-cu ildə boşanan Hülyanın Hökumə adlı qızı var. Cütlüyün ayrılmasına səbəb müğənninin qızının ondan ayrı Kanadada yaşamaq istəməməsi olub. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar