Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dayana bilmirəm, bülbülüm qəfəsdədir” - İlahə Fəda ağladı

Hazırda həbsxanada olan müğənni Fədayə Laçının bacısı İlahə Fəda ailə durumlarının ağır olduğunu deyib


Axşam.az-ın məlumatına görə, “Səni axtarıram” verilişinə qonaq olan sənətçi bildirib ki, restoran müdirləri onu tədbirlərdən uzaqlaşdırır. Bacısından söz açan İlahə göz yaşlarını saxlaya bilməyib:

“Fədayənin kriminal aləmlə əlaqəsi və həbs olunması məni bu günə qoyub. Bacımı qınayanlara demək istəyirəm ki, səbəbi araşdırsınlar. Bacımdan utanmıram. Bilirəm ki, özü getməyib. Səbəbkarlar olub. Dayana bilmirəm, bülbülüm qəfəsdədir (ağlıyır). Fədayə elə gözəl şeirlər yazır. Neçə il əvvəl ağır depressiyada idim. Fədayə mənə şeir yazdı. 31 dekabr günü məni cənub bölgəsində şou-proqrama çağırmışdılar. Hazırlaşıb yola düşəndə zəng etdilər. Administrator deyir ki, müdir sizin adınızı görəndə söylədi ki, “Onu çıxarın, bizə problemli adam lazım deyil”. Mənim nə problemim olub? Anam 33 yaşından xəstədir, indi nələr çəkir bilirsiz?”.

İ.Fəda müğənni tacir Şahmalıoğlu ilə bağlı sualları cavablandırıb. İfaçı bildirib ki, bir vaxtlar bacısına dost olanlar indi onları yada salmır:

“Deyir ki, Fədayənin müəllimiyəm. Fədayənin müəllimi Azərbaycanın möhtəşəm oxuyanlarıdır. Biz Şövkət, Zeynəb xanıma qulaq asmışıq. Mən də ona deyirəm “Yaxşı müəllimlik etmisən ki, indi həbsdədir”. Tacir bizə yığıb heç nə demədi. Yaxşıda kı, bizə zəng etmədi. 

Fədayənin heç kimi yox imiş. Bir neçə sənət dostumuzdan başqa kimsə bizi yada salmadı. Bizə qohumlar kömək edirlər. Əvvəl deyirdilər “Fədayə kişi kimidir, dostumuzdur, əmimiz qızıdır”. İndi hanı onlar?”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar