“Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm"
Axşam.az-ın məlumatına görə, bu sözləri Hollivud ulduzu Stiven Siqal "Facebook" səhifəsində yazıb.
Aktyor Ermənistana səfər edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O deyib ki, bu cür məlumatlar doğru deyil:
"Məni Ermənistana dəfələrlə səfər etməyə dəvət ediblər, lakin heç zaman razılıq verməmişəm. Həmçinin heç zaman Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm".
Qeyd edək ki, Stiven Siqalın aprelin 22-də Ermənistana, həmçinin Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı Ermənistan mətbuatı xəbər yayıb.
pia.az