Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dağlıq Qarabağ münaqişəsinin həllində həmsədr kimi Fransaya böyük ümidlər bəsləyirik”


Azərbaycan Prezidenti İlham Əliyev Fransa Prezidenti Emmanuel Makrona Fransanın milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb


PİA.AZ-ın xəbərinə görə, məktubda deyilir:
 
“Biz zəngin ənənələrə malik Azərbaycan-Fransa münasibətlərinə xüsusi əhəmiyyət veririk. Məmnunluqla qeyd etmək istərdim ki, ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illik tarixi ərzində ikitərəfli münasibətlərimiz yeni məzmun kəsb edib, dinamik inkişaf yolu keçib.
 
Bu gün siyasi, iqtisadi, mədəni əlaqələrimiz müvəffəqiyyətlə inkişaf edir və genişlənir. İnanıram ki, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımızın mövcud potensialından daha səmərəli istifadə etmək üçün birgə səylər göstərəcəyik.
 
Biz, həmçinin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına son qoyulması, işğal nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın öz doğma yurd-yuvasına qayıtması üçün Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həllində ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın və şəxsən Sizin, cənab Prezident, səylərinizə böyük ümidlər bəsləyirik.
 
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Fransa xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Ən çox oxunanalar