Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dağlıq Qarabağ münaqişəsinin həllində Avstriya ilə əməkdaşlığa hazırıq”


“Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Avstriya ilə əməkdaşlığa hazırıq”


PİA.AZ APA-ya istinadən verdiyi məlumata görə, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç qurumun Daimi Şurasının yanvarın 12-də keçirilən iclasında deyib. 
 
A. Lukaşeviç Avstriya xarici işlər naziri Sebastian Kurzun ATƏT-in regional münaqişələrin həllinə yardım etmək səylərini davam etdirməklə bağlı mövqeyini dəstəklədiklərini söyləyib: "Bu həssas və kövrək prosesdə “Hippokrat qanunu”na (“zərər vurma”) riayət etmək və üç əsas prinsipi xatırlamaq vacibdir: münaqişələr sülh yolu ilə, tərəflərin bilavasitə iştirakı və maraqlarının qorunması şərtilə, eləcə də mövcud formatlar çərçivəsində həll olunmalıdır. Biz Avstriya ilə Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin nizamlanması üçün, eləcə də Cənubi Qafqazda təhlükəsizliyə dair Cenevrə müzakirələrinin davamı kontekstində əməkdaşlığa hazırıq”.
 
Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Avstriyanın sədrliyi dövründə təşkilatdan gözləntilərini də açıqlayıb: "Avstriyadan sədrliyi dövründə transmilli təhdidlərə qarşı ATƏT qərarlarına müvafiq olaraq mübarizə səylərinin gücləndirilməsini gözləyirik. Sözsüz ki, terrorla mübarizə prioritet olmalıdır”. 
 
Qeyd edək ki, 2017-ci il yanvarın 1-dən ATƏT-ə sədrlik Almaniyadan Avstriyaya keçib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar