Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“DSK sədri İcra Hakimiyyəti başçılarının müavini statusundadır”

"Azərbaycanda seçkilərin keçirilməsi üçün ictimai-siyasi sabitlik var. Bu, sevindirici haldır"


Bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, Azərbaycanda seçkilər şəffaf keçirilir. Ölkə prezident seçkilərinə yüksək səviyyədə hazırlaşıb: “Azərbaycanda keçirilən seçkilər digər ölkələrə nümunədir. Ölkəmizin yüksək seçki təcrübəsi var”.

“Seçkilərdə dairə seçki komissiyalarının maarifləndirilməsi işi daim aparılmalıdır. Seçkiləri çox yaxşı hazırlaya bilərik. Bu işə qiymət isə səsvermə günü verilir. Yəni iş necə təşkil olunubsa, səsvermə günü aydın görünür. Çalışırıq ki, seçkilər ölkədən kənarda da yüksək qiymətləndirilsin. Kifayət qədər qərəzli tərəflər olur. Bunun üçün mübarizə aparmaq olmaz. Demokratiya heç bir ölkənin daxili məsələsi deyil, ümumbəşəri dəyərdir”, – M.Pənahov əlavə edib.

M.Pənahov qeyd edib ki, Azərbaycanda dairə seçki komissiyalarına Avropa və Asiya üçün nümunə olacaq şərait yaradılıb:

"Azərbaycanda MSK-nın böyük nüfuzu var. Artıq 10 ildir ki, Azərbaycanda 125 DSK sədri rayonlarda İcra Hakimiyyəti başçılarının müavini statusundadır. Bu, düzgün bir qərardır. Azərbaycanda bu sahədə işlər nümunəvi təşkil edilib. Ancaq standartlar dəyişir, hər zaman aşağı seçki komissiyalarının fəaliyyəti təkmilləşməlidir. Çalışmalıyıq ki, Azərbaycanda keçirilən seçkilər ölkədən kənarda da yüksək qiymətləndirilsin. Mübarizənin ən aktual cəbhəsi seçkilərdir. Ölkələrin daxili işlərinə qarışmağın əsas yollarından biri də seçkilərdir. Bizi istəməyənlərə də ölkəmizdə seçkilərin yüksək səviyyədə keçirildiyini qəbul etdirməliyik".

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri bu il aprelin 11-də keçiriləcək/Report.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar