Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“DİN-də bəzi şəxslər vəzifələrindən sui-istifadə edir”


“Əbu Bəkr” məscidinin imamı, sələfilərin lideri hesab olunan Qamət Süleymanov son günlərin əsas müzakirə mövzusuna çevrilən sələfilərin Sumqayıt Şəhər Polis İdarəsində zorakılığa məruz qalması ilə bağlı iddialarına və DİN-in sərt açıqlamasına münasibət bildirib


PİA.AZ xəbər verir ki, Qamət Süleymanov Qafqazinfo-ya müsahibəsində deyib ki, o, Sumqayıtda həbs olunan Zöhrab Şıxəliyevin evində yaratdığı məsciddə dəfələrlə olub:

"Zöhrabı yaxşı tanıyıram və mən orada dəfələrlə olmuşam.  Zöhrab heç vaxt radikal olmayıb, əksinə radikallığa qarşı olub. Sumqayıtda əhli-sünnə üçün məscid yoxdu. Bir neçədə dəfə Cümə məscidinə getməyə cəhd edilmişdi, orada problemlər yaradılmışdı. Zöhrab da evinin zirzəmisində namaz qılmaq üçün yer ayırdı. Bir ildən çoxdur orada namaz qılınır, heç kəsə də problem olmayıb. 

Daha sonra Q. Süleymanov orada keçirilən əməliyyatla bağlı DİN-də işləyən bəzi şəxsləri ittiham edib:

"Həmin namazgahda silahların çıxması bizim özümüzü təəccübləndirib. Bizə elə gəlir ki, anlaşılmazlıq olub. Aparılan tədqiqatdan sonra düzgünlük ortaya çıxacaq. Biz Daxili İşlər Nazirliyini günahlandırmaq istəmirik. Amma ola bilər qurumun içində hansısa şəxslər öz vəzifələrindən sui-istifadə edirlər. Ola bilər hansısa əqidəyə meyillidir və bizim qardaşlarımızdan qisas alır. Biz bunun əleyhinəyik.

Bir daha deyirəm ki, ora məscid deyil, namazgah idi. Dövlətdən gizlin deyildi. Sumqayıtın polisinin də, digər güc strukturlarının xəbəri var idi. Hətta güc strukturlarından razılıq da alınmışdı. Razılıq vermişdilər ki, evinizdə yığışın sakitçilik olsun. Çünki Cümə məscidində problem yaranırdı. Orada camaat sadəcə namaz qılırdı, hansısa qrupların toplaşması filan yox idi. Radikal adamlar qalır qıraqda, normal adamlar vurulur.

O, həmçinin Sumqayıtda radikalların çox olmasına da aydınlıq gətirib:

"Sumqayıtda əhli-sünnənin toplaşması üçün yığılmağa normal yer yoxdur. Camaat pərakəndə haldadır. Girirlər internetə, din adı ilə fəaliyyət göstərən radikalların təsiri altına düşürlər. Sumqayıtda qaçqın şəhərciyində kiçik məscid var idi. O bağlandı və problemlər də bundan sonra başladı. Məscidlərin bağlanması radikallara sərf edir. Pərakəndə halda olan insanları öz tərəflərinə çəkirlər. Gəncədə əhli-sünnə üçün bir məscid vardı. O da bağlandı, indi kitabxana kimi işləyir. Bu ancaq radikallara sərf edir. 

Xatırladaq ki, bir qrup dindar - sələfi noyabrın 13-də saxlanılması və Sumqayıt Şəhər Polis İdarəsində zorakılığa məruz qalması ilə bağlı video müraciət yaymışdılar.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar