Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cümhuriyyətin yaşıdları” adlı tədbir keçirildi - Nəsimi rayonunda

Nəsimi rayonunda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə “Cümhuriyyətin yaşıdları” adlı tədbir keçirildi


Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon rəhbərliyi, idarə, müəssisə, təşkilat, veteran və gənclər təşkilatlarının,  rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi təntənəli qeyd olundu. Tədbirdən öncə  ahıl Nəsimi rayon sakinləri- müharibə və əmək veteranları rayonun mövcud yaşılllıq zolaqlarında 100 ədəd qızılgül kolu əkdilər. 

Tədbiri giriş sözü ilə açan  Nəsimi rayon İcra hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva  1918-ci il mayın 28-də müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğunu qeyd edərək  Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və 23 aylıq fəaliyyəti dövründə əldə etdiyi nailiyyətlərdən, bütün sahələrdə həyata keçirilmiş islahatlardan və quruculuq işlərindən bəhs etdi. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində qazanılan nailiyyətlərdən bəhs edərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, ölkənin himninin, bayrağının və gerbinin təsis edilməsinin Azərbaycan tarixində yeni şərəfli səhifə açdığını bildirdi. Azərbaycan Xalq Cümhuriyyətinin ən mühüm nailiyyətlərindən birinin  də qadınlara səsvermə hüququnun verilməsi olduğunu diqqətə çatdırdı.
Nəsimi rayon İcra hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva çıxışına davam edərək   əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində bu gün ölkəmizin beynəlxalq aləmdə layiqli yer tutduğunu vurğulayaraq müasir müstəqil ölkəmizin iqtisadi inkişafı, sabitliyi və tarazlaşdırılmış xarici siyasəti haqqında danışdı. 

Qeyd etdi ki, Ermənistanın ölkəmizə qarşı təcavüzünə baxmayaraq, Azərbaycan regionun lider dövlətinə çevrilib. Bildirdi ki, Azərbaycan xalqı ötən əsrin əvvəllərində istiqlal mübarizəsinə qoşulub və azadlıq ideyalarını böyük fədakarlıqla və cəsarətlə reallaşdırıb. Bu gün müasir Azərbaycanımız Xalq Cümhuriyyətinin siyasi-mənəvi varisi olaraq Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edir.

Bayram əhval ruhiyyəli tədbirdə Cümhuriyyətin yaşıdları olan ahıl sakinlər tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə hazırlanmış tort kəsildi  və çay süfrəsi arxasında öz xatirələrini bölüşdülər. 
Tədbirdə Fəzail Miskinli, Telli Borçalı, Rövşən Əziz, Zahid Qubadlı, Səlim Abbasovun ifaları  və 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin kollektivinin rəqsləri rayon sakinlərinin alqışları ilə qarşılanmışdır. 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar