Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Coğrafi mövqeyi Azərbaycana böyük üstünlüklər verir“


"IV Bakı Beynəlxalq Humanitar Forumunun açılışında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev təkcə bu forumun rolu deyil, həm də Azərbaycanın müasir dünyada və regionda rolu mövzusu üzrə bir neçə vaciq məqamı müəyyənləşdirib"


Bunu cümə axşamı Trend-ə Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.

Onun sözlərinə görə, dövlət başçısı multikulturalizm kimi mövzuya böyük diqqət ayırdı: "Multikulturalizm Azərbaycan üçün vacib mövzudur. Burada müxtəlif millətlərin nümayəndələri yaşayırlar və Azərbaycanda məskunlaşan müxtəlif xalqlara, ayrı-ayrı konfessiyaların nümayəndələrinə qarşı bərabər hörmətin göstərilməsi siyasəti dövlətin təbii ehtiyacıdır. Nəzərə almaq lazımdır ki, əhalinin böyük əksəriyyəti azərbaycanlılardır".

M.Şvıdkoy qeyd edib ki, İlham Əliyevin müəyyənləşdirdiyi ikinci vacib mövzu Azərbaycanın coğrafi vəziyyəti səbəbindən böyük rol oynadığı mədəniyyətlərarası proseslə bağlıdır: "Bu, Şərqlə Qərb arasında, müsəlman və slavyan, Avropa dünyası arasındakı vacib mədəni, siyasi, iqtisadi mərkəzlərdən biridir. Bu vəziyyət Azərbaycana bir sıra məsələlərin müzakirəsində, sivilizasiyalar alyansının müzakirəsi üçün müxtəlif mədəniyyətlərin cəlb edilməsində böyük üstünlüklər verir".


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar