Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cocuq Mərcanlı” yarımstansiyasının inşası başa çatır


"Cocuq Mərcanlı" yarımstansiyasının inşası başa çatır


 "Azərişıq" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yarımstansiyaya 8.300 metr məsafədə yüksək gərginlikli 35 kV- luq ikidövrəli elektrik verilişi xətti çəkilib.

Azərbaycan Prezidenti İlham Əliyevin "Işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında" 24 yanvar 2017-ci il tarixli sərəncamının icrası ilə əlaqədar müvafiq infrastrukturun yaradılması, o cümlədən ərazidə elektrik təsərrüfatının bərpa edilməsi istiqamətində "Azərişıq" ASC tərəfindən genişmiqyaslı işlər aparılır.

Cocuq Mərcanlı kəndinin elektrik enerjisi təchizatının təmin edilməsi məqsədi ilə Füzuli Elektrik Şəbəkəsinin 35/10 kV-luq "Horadiz" yarımstansiyasından 8.300 metr məsafədə yüksək gərginlikli 35 kV- luq ikidövrəli elektrik xətti çəkilib və bu xəttdə son tamamlama işləri görülür.

Səhmdar Cəmiyyət tərəfindən Cocuq Mərcanlı kəndi ərazisində müasir standartlara cavab verən 35/10 kV-luq yeni yarımstansiya inşa edilib. Transformatorlarının gücü 2x6,3 MVA olan yeni yarımstansiyanın 35 və 10 kV-luq tərəflərində son montaj işləri aparılır. Cocuq Mərcanlı kəndində yeni özünüdaşıyan izolyasiyalı naqillərlə qurulan yeni 0,4 kV-luq şəbəkə yaradılıb.

Kənd ərazisində bərpası nəzərdə tutulan yaşayış binalarının elektrik təchizatı üçün 1 ədəd 10/0,4 kV-luq 1000 kVA gücündə yeni Komplekt Transformator Məntəqəsi, həmçinin 1 ədəd subartezian quyusuna xidmət edəcək 40 kVA gücündə yeni transformator quraşdırılıb. Ümumilikdə, "Cocuq Mərcanlı" yarımstansiyası ətraf əraziləri, hərbi obyektləri və perspektivdə işğaldan azad olunacaq kəndləri fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin edəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar