Aprelin 19-da Şabran rayon ümumtəhsil məktəblərinin VII sinif şagirdləri arasında keçirilən "Coca-Cola Məktəbli Kuboku" üzrə yarışın final mərhələsi keçirilib
Final mərhələsində P. İdrisov adına Ağbaş kənd tam orta məktəbin komandası ilə R. Yusifov adına şəhər 2 nömrəli tam orta məktəbin komandası qarşılaşıb.
Gərgin keçən görüşdə Ağbaş kənd tam orta məktəbin komandası 5 - 4 hesabı ilə qalib gələrək rayon birincisi olub.
Qalib komanda "Coca-Cola Məktəbli Kuboku" üzrə yarışın zona turunda iştirak etmək hüququ qazanıb.
pia.az