Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Çox yeyirik” deyən məmura baş kulinardan cavab...

Tahir Əmiraslanov: “Fransızlar, malayziyalılar bizdən də çox yeməyə pul xərcləyirlər”


Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyevin ət və süd məhsullarının idxalının artması ilə bağlı fakta münasibət bildirərkən səsləndirdiyi fikirlər müzakirə mövzusuna çevrilib.

O, bildirib ki, idxalın artmasının səbəbi əhalinin daha çox istehlak etməsidir. Bu sahədə yerli istehsalın azalması fikrini istisna edən şöbə müdiri qeyd edib ki, əhalinin tələbatı artıb deyə, heyvandarlıq məhsullarının idxalında da artım var. Nazirliyik rəsmisinin sözlərinə görə, bir neçə il əvvəl əhali daha çox bitki yağlarından istifadə edirdi, amma indi daha çox kərə yağından istifadə etməyə başlayıb. Ona görə də idxalda artım baş verib.

 Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 8 ayında ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 66,96 faiz, süd idxalı 54,2 faiz, kərə yağı və süddən hazırlanmış digər yağlar isə 5,82 faiz artıb.

Bəs, bir millət olaraq biz həqiqətənmi heyvandarlıq məhsullarını çox yeyirik? Bu səbəbdənmi ölkəmizdə ət və süd idxalına ehtiyac yaranır?

Bu suallarla Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanova müraciət etdik. O idxalın artmasının səbəbini daha çox iqtisadi amillərlə əlaqələndirdi.

Azərbaycanın baş kulinari bildirdi ki, idxal artıbsa, deməli yerli istehsal azalıb: “Xaricdən nə qədər yağ gətirilirsə, deməli yerli istehsal tələbatı bir o qədər ödəyə bilmir. Tələbatın çatışmayan hissəsi xaricdən idxal olunur. Əks halda artıq mal ortada qalacaq. Bizim millət yerli məhsullara daha meyllidir, yerli meyvə-tərəvəz, yerli əti , yağı almağa çalışırlar. Hər bir ölkədə qayda belədir ki,  tələbatın ödənilməyən  hissəsi xaricdən idxal olunur. Düzdür, idxal iqtisadi mənada bizə xeyir gətirmir, çünki valyuta itiririk. Ölkə başçısı da bu məsələni gündəmə gətirib ki, ixracatımız daha çox artmalıdır. Digər bir məsələ də var ki, Azərbaycanda istehsal oluna keyfiyyətli məhsulları fermerlər daha baha satmağa çalışırlar, ona görə də xaricə çıxarırlar. Nəticədə daxili tələbat ödənmir. Sadəcə rəqəmlərə baxmaq lazımdır ki, istehsal olunan məhsuldan nə qədəri daxili bazara çıxarılıb, nə qədəri ixrac olunub və həmin məhsula ölkəmizdə tələbat nə qədərdir. Hesabatı düzgün aparıb sonra fikir söyləmək olar”.

T.Əmiraslanovun sözlərinə görə, hansısa xalqın bir  məhsuldan çox istifadə etməsini onun mənfi cəhəti kimi təqdim etmək olmaz: “Məsələn, Çində süd idxalı azdır, çünki çinlilər ümumiyyətlə süd yemirlər. Yaponiya ət idxal etmir, onlar ət yemirlər. Ancaq bu o demək deyil ki, hansısa məhsulu  idxal etməyən ölkə daha yaxşıdır, biz pisik. Bütün dünyada belədir ki, insanlar qazancının böyük bir hissəsini yeməyə xərcləyirlər. Fransızlar, malayziyalılar bizdən də çox yeməyə pul xərcləyirlər. Onlar ümumiyyətlə evdə yemək yemirlər, restoranda yeməyə üstünlük verirlər. Bir çox ölkələrdə evdə yemək bişirilmir. O baxımdan Azərbaycan xalqının daha çox yediyini, yeməyə daha çox pul xərclədiyini demək olmaz. Bunun üçün konkret rəqəmlər olmalıdır. Ola bilər ki, xaricdən məhsul daha ucuz gətirilir, bazarda özünə yer tutur və bizim məhsul ortada qalır. Vaxtilə 90-cı illərdə İran alması Azərbaycanı zəbt etdi, bizim alma bağlarımız məhv edildi. Sonra yerli istehsalımız azaldıqdan sonra xaricdən gələn almaların qiymətini qaldırdılar. Hər bir halda səbəblər bir-bir təhlil olunmalıdır”.  

İqtisadçı ekspert Rəşad Həsənov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, istehlakın artması ilə bağlı fikirləri  doğru hesab etmir. Çünki son iki ildə əhalinin istehlak qabiliyyəti zəifləyib: “Əksinə daha aşağı keyfiyyəti məhsullar istehlak edilir. 2017-ci ildə inflyasiya səviyyəsi 14 faiz oldu, 2016-cı ildə 12,5 faiz inflyasiya oldu. Əhalinin gəlirlərinin artım tempinə diqqət etsək görərik ki, faktiki olaraq gəlirlərdə dəyərsizləşmə gedir. əhali alıcılıq qabiliyyətini itirir. Bu isə son nəticədə daha aşağı keyfiyyətli məhsulların istehlakına gətirib çıxarır. Bu yanaşmanın doğru olduğunu düşünmürəm.  Bu məhsulların idxalı üzrə artımın əsas səbəbi kimi onu qeyd etmək olar ki, son illər kənd təsərrüfatında aparılan islahatlar çərçivəsində atılan addımlar nəticəsində aqrar sektorda istehsalın strukturunda müəyyən dəyişikliklər baş verir. Bu gün demək olar ki, ölkədə ət və süd məhsullarının istehsalının həcmində azalma baş verir. Statistik rəqəmlər bunu əks etdirməsə də, reallıqda azalma baş verir. Burada əsas səbəblər yemin bahalaşması kimi amillərdir. Otlaqların azalması da heyvandarlıq məhsullarının istehsalına ciddi təsir göstərir. Nəticədə bu gün bu məhsullar üzrə yerli istehsalın həcmi azalır və idxaldan asılılıq artır”.

İqtisadçının fikrincə , mühüm səbəblərdən biri  rəsmiləşdirmə prosesinin şəffaflaşdırılmasıdır: “2015-ci ildən əvvəlki dövrdə ölkəyə daxil olan məhsulların böyük əksəriyyəti rəsmi qeydiyyatdan kənar idxal olunurdu. 2016-cı il ərzində  qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən məhsulların həcmi  ciddi şəkildə artmışdı. Bu istiqamətdə də son dövrlərdə müəyyən qədər mübarizə aparıldı və bu halların qarşısı alındı. Bunun nəticəsində faktiki olaraq n hazırda ölkəyə gətirilən məhsulların rəsmi qeydiyyata alınma faizi yüksəlib. Bu da statistik göstəricilərdə öz əksini tapır”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar