Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Çətin idi, ancaq artıq hər şey bitdi”


Topaz Premyer Liqasında ilin son oyununu doğma meydanda keçirən "Qarabağ" "İnter"i yenə bilmədi


İlk dövrədə paytaxt klubuna məğlub olan Ağdam təmsilçisi ikinci dueldə isə qolsuz heç-heçəyə nail oldu. Oyundan sonra "Qarabağ"ın yarımmüdafiəçisi Migel Madera apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

- Bu nəticəni kimin aktivinə yazmaq olar?

- Oyuna baxdıqda biz daha yaxşı çıxış etdik. Buna görə də 3 xalı qazanmalı idik. Qələbə alınmadı. Bir xal da bir xaldır. Amma qələbəyə layiq idik.
 
- Soyuq hava, eləcə də qarın yağması oyununuza nə dərəcədə təsir etdi?

- Asan olmadı. Çünki topu istədiyimiz kimi idarə edə bilmirdik. Gözlədiyimizdən sürətli hərəkət edirdi. Bu da çətinlik yaratdı, ancaq artıq hər şey bitdi.
 
- Cari mnövsümdə məğlub edə bilmədiyiniz komanda "İnter"dir. Onların xüsusi bir müdafiə üsulu var?

- Ümumi götürdükdə, digər komandalara qarşı oynamaq da asan deyil. Amma "İnter" yaxşı müdafiə olunur, səhvsiz oynamağa çalışır. Bugünkü oyunla bağlı danışsaq, 1 xal qazandıq, aktivimizdəki xalların sayını artırdıq.
 
- "Fiorentina" ilə oyundakı məğlubiyyəti unuda bilmisinizmi?

- Hamı kimi mən də növbəti mərhələyə keçməyimizi istərdim. Təəssüf ki, həmin oyunda komandama kömək edə bilmədim. Bundan sonra edəcək heç bir şey yoxdur. Növbəti mövsümə baxmaq lazımdır.
 
- Bu günlərdə "Qəbələ"nin yarımmüdafiəçisi Ozobiç Xorvatiya millisinə dəvət aldı. Sizin üçün necə, nə vaxtsa buradan İspaniya yığmasına yollanmağınız real görünürmü?

- Uzun illərdir peşəkar futboldayam. Bilirəm ki, İspaniya millisinə dəvət almaq, heyətə düşmək necə çətindir. Bu, İspaniya liqasında oynayanlar üçün çətindir, qalmışdı ölkədən kənarda oynayanlara.
 
- Siz meydana çıxanda "Qəbələ"nin qələbə qazandığını bilirdinizmi?

- Açığı, maraqlanmamışdım. Kimsə oyuna çıxanda dedi ki, "Qəbələ" qələbə qazanıb. Biz öz oyunumuza köklənirik. Digər matçların nəticəsi bizim oyunumuza təsir etmir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar