Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Çelsi” klubu yeni stadionunun tikintisinə 1,11 milyard avro xərcləyəcək


İngiltərənin "Çelsi" klubunun yeni stadionu Avropada ən bahalı arena ola bilər


"Report"un "The Times" nəşrinə istinadən verdiyi məlumata görə, "zadəganlar" Londonda 60 min nəfərlik idman qurğusunun inşasına 1 milyard funt sterlinqdən (1,11 milyard avro) çox vəsait sərf edəcəklər.

Əvvəllər bu məbləğin smeta dəyərinin 500 - 550 milyon funt (560 milyon avro) olacağı bildirilirdi. Lakin yekun layihənin təsdiqlənməsindən sonra stadionun tikintisinin bir neçə dəfə baha başa gələcəyi müəyyənləşib.

Hələlik ən bahalı arenalar ABŞ-da yerləşir. Bunlar Nyu-Cersidəki "Metlayf Stadium" və Atlantadakı "Mersedes-Bens Stadium"dur. Hər iki arena amerikan futbolu üçün nəzərdə tutulub və 1,3 milyard avroya başa gəlib.

Yeni stadionda ilk görüşün 2024-2025 mövsümündə təşkili nəzərdə tutulub. 

Qeyd edək ki, "Çelsi" Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindəndir. Bu komandalar noyabrın 22-də Bakıda üz-üzə gələcəklər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar