"Çelsi" Londonun Hammersmit və Fulhem bürolarından "Stamford Bridge" stadionunda rekonstruksiya işlərinin aparılması üçün icazə alıb
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, "zadəganlar" şəhərin meri Sadik Xandan da lazımi dəstək görür. Arenada aparılacaq işlər nəticəsində tamaşaçı tutumu 60 min nəfərə qədər artırılacaq.
"Çelsi"nin rekonstruksiya planının 2021-ci ilə qədər reallaşacağı ehtimal olunur. Buna 500 milyon funt xərclənməsi planlaşdırılır.
pia.az