Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının çox böyük siyasi mənası var”


“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının çox böyük siyasi mənası var. “Cənub Qaz Dəhlizi” sırf iqtisadi layihə deyil və ona böyük maraq göstərilir


Hər bir ölkə bu layihəyə siyasi məna verir

Bunu Azərtac-a məxsusi müsahibəsində energetika naziri Natiq Əliyev deyib.

Nazir qeyd edib ki, dünyada bu gün siyasət tez-tez dəyişir. Mürəkkəb siyasi proseslər gedir, hökumətlər dəyişir. ABŞ-da yeni Prezidentin hakimiyyətə gəlməsi bütün dünyada ək-səda doğurdu. Hər bir ölkə bunun özü üçün nə kimi təsirləri olacağını hesablayır, analiz edir. Biz isə İtaliyada, yaxud Yunanıstanda hökumət dəyişiklikləri ilə bağlı prosesləri izləyirik. Çünki həmin siyasi hadisələr “Cənub Qaz Dəhlizi” layihəsinin gedişinə böyük təsir göstərə bilər. Təsadüfi deyil ki, bizim ötən il İtaliya və Yunanıstanda keçirdiyimiz hökumətlərarası komissiyaların iclaslarının əksəriyyəti məhz “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsində yaranan çətinliklərə həsr olunub.

“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının çox böyük siyasi məna daşıdığını vurğulayan N.Əliyev deyib: “Bizi sevindirən Məşvərət Şurasında iştirak edən ölkələrin sayının ildən-ilə artmasıdır. Bu, Azərbaycana və layihəyə artan marağın göstəricisidir. Bizim tərəfdaşlarımızın, kömək edənlərin, dostlarımızın sayı gündən-günə çoxalır. Nəinki bu dəhlizə daxil olan ölkələr və ya Balkan ölkələri, həmçinin Polşa, Çexiya, Rumıniya və Macarıstan da “Cənub Qaz Dəhlizi” layihəsinə maraq göstərir. Həmin ölkələr “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının fevralın 23-də Bakıda keçiriləcək növbəti iclasında iştirak edəcəklər. Hesab edirəm ki, bu, çox maraqlı və xüsusi mənası olan bir göstəricidir”.

Nazirin sözlərinə görə, Məşvərət Şurası bir platformadır və Azərbaycan ondan istifadə edir. ABŞ-ın dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqanın böyük nümayəndə heyəti ilə Bakıya gəlməsi onu göstərir ki, Ağ evin yeni administrasiyasının Azərbaycana və “Cənub Qaz Dəhlizi” layihəsinə münasibəti dəyişməyib.

ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta da dəfələrlə vurğulayıb ki, ABŞ layihə ilə bağlı Azərbaycana hər zaman siyasi dəstək verəcək. Çünki “Cənub Qaz Dəhlizi” təkcə Azərbaycan üçün yox, Avropa, ABŞ və ümumi qlobal enerji təhlükəsizliyi baxımından çox böyük əhəmiyyət daşıyır. Eyni zamanda, Böyük Britaniya baş nazirinin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson da “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının iclasında iştirak etmək üçün Bakıya gəlir. Bu da önəmli faktdır”, – deyə nazir bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar