Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cəmil Həsənlini ciddi siyasətçi kimi tanımıram”


“Cəmil Həsənlinin SİA-nın reytinqi barədə səsləndirdiyi fikirlər yanlışdır. SİA, “Səs” tv respublika üzrə internet televiziyalar arasında ən reytinqlisidir. Çünki “Səs” tv Azərbaycanda ilk internet sayt olub. Bu yeniliyi biz gətirmişik və sonradan internet televiziyalar artıb”


Bu fikirləri AzVision.az-a açıqlamasında Səs İnformasiya Agentliyinin direktoru Bəhruz Quliyev Milli Şura sədri Cəmil Həsənlinin SİA haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. 

Cəmil Həsəninin YAP-ın mətbuat orqanının reytininin az olması haqda iradını B.Quliyev əsassız hesab edib.

“Mən Cəmil Həsənlini ciddi siyasətçi kimi tanımıram. Həmişə özü nə təsəvvür edirsə, onu da danışır. Təkcə bizimlə bağlı yox, həmçinin siyasətdə də bu cəhəti özünü biruzə verir. Seçkilər də onu göstərdi ki, Cəmil Həsənli düzgün mövqe seçməyib”. 

SİA-nın reytinqinə gəlincə isə Bəhruz Quliyev bunun redaksiya sirri olduğunu bildirib: “Ramiz Mehdiyevin jurnalistlərlə görüşündə də qeyd olundu ki, saytlar süni İP artırır, reytinq və dolayısıyla reklam axtarışındadırlar. Kimsə süni yolla İP-ni artıra bilər, amma bizdə təbii yolla İP sayı ölçülür. Konkret İP sayına gəlincə isə bunu deyə bilmərəm, çünki bu bizim qurumun özəl sirridir”.

Qeyd edək ki, Milli Şuranın sədri Cəmil Həsənli YAP-ın mətbu orqanı haqqında danışarkən onun reytinqinin az olduğunu iddia edib. “Yarım milyon nəfər üzvü olduğunu iddia edən YAP-ın mətbu orqanının İnternet saytını gündə cəmi 7 nəfər oxuyursa burada hansı ictimai təsirdən danışmaq olar?”, -C.Həsənli qeyd edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ən çox oxunanalar