Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cəfər Cabbarlı” mükafatı təqdim olundu

Noyabrın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda 2015-ci il üzrə “Cəfər Cabbarlı” mükafatının təqdimatı keçirilib


AZƏRTAC xəbər verir ki, AYB-nin təşəbbüsü ilə yaradılan C.Cabbarlı adına mükafat komissiyasının sədri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli dramaturqun irsinin təbliğ edilməsinin vacibliyini bildirib. Bu sahədə AYB-nin təşəbbüsü ilə yaradılan ədibin adını daşıyan mükafat fondunun işini yüksək qiymətləndirib.
 
C.Cabbarlının ev-muzeyinin direktoru, ədibin nəvəsi Qəmər Seyfəddinqızı tədbirin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “Gənc nəslin maariflənməsində klassik ədəbiyyatın rolu. Böyük dramaturq C.Cabbarlının zəngin bədii irsinin öyrənilməsi” layihəsi çərçivəsində “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyi tərəfindən reallaşdırıldığını söyləyib.
 
Elm, incəsənət, mədəniyyət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə mükafatı sahiblərinə təqdim edən Q. Seyfəddinqızı qüdrətli sənətkarın irsinə göstərdikləri diqqət və qayğıya görə onlara təşəkkür edib.
 
Mükafata 2015-ci ildə göstərdikləri səmərəli fəaliyyətə görə Xalq Yazıçısı Elçin, Xalq artistləri Oqtay Mirqasım, Zərnigar Ağakişiyeva, teatrşünas Məryəm Əlizadə, Türkiyənin Fırat Universitetinin professoru Ercan Alkaya və filologiya elmləri doktoru, professor Elman Quliyev layiq görülüblər.
 
Tədbirdə mükafata layiq görülən ziyalıların çıxışları dinlənilib, dramaturqun əsərlərindən nümunələr səsləndirilib.
 
Sonda mükafat sahiblərinə və tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “QHT nəşriyyatı”nda ədibin yenicə çapdan çıxmış “Seçilmiş hekayələr” kitabı təqdim olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar