Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Cahangir Hacıyev ölümlə üz-üzədir” – Oktay Gülalıyevdən qorxunc iddia

Hüquq müdafiəçisi Oqtay Gülalıyev öz facebook səhifəsində paylaşdığı statusunda Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevlə bağlı həyəcan təbili çalan iddialarla çıxış edib


Onun iddiasına görə, sabiq bankiri Beynəlxalq Bankda milyardlarla dolların yoxa çıxmasının sirrini ört-basdır etmək üçün sıradan çıxartmaq istəyirlər. 

Bunu isə Cahangir Hacıyevin səhhətində qəsdən problem yaradaraq həyata keçirirlər.

O.Gülalıyev sabiq bankirin son zamanlar səhhətinə uyğun olmayan həbsxana şəraitində saxlanılmasını da bu niyyətlə əlaqələndirir.

Hüquq və ədalət adına olduqca ciddi və qorxunc iddialar ehtiva edən statusu olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

 

 Dostlar, xəbəriniz varmı “ölüm düşərgəsi” adlanan 13 saylı CÇM- də saxlanılan Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev ölümlə üz- üzədir? Əlbəttə, kimsə deyə bilər ki, onun yaşayıb- yaşamamasının mənim üçün heç bir fərqi yoxdur. Amma nəzərə alandakı həm də söhbət səhminin 51%- i dövlətə (yəni xalqa- red.) məxsus olan, milyardların talandığı, hazırda müfsizləşmək həddinə çatdırılan Beynəlxalq Bankın bu vəziyyətə düşmə səbəblərindən və bu səbəblər barədə məlumatlı olan bir şəxsin susdurulmasından gedir onda vəziyyət dəyişir.

Hər şey ondan başlayıb ki, Cahangir Hacıyev Beynəlxalq Bankdan mənimsəmələrə aydınlıq gətirmək üçün kiçik cəhd edərək 22 sentyabr 2017- ci ildə ovqat.com saytına “Sabiq bankirdən şok ittihamlar: “Samir Şərifov kimdir-təxribatçı, savadsız, yoxsa hər ikisi?” adlı müsahibə verir . Bu kiçik cəhd təkcə onun azadlığını deyil, həyatını itirə biləcək səviyyəyə yüksəlir. Müsahibədən dərhal sonra ona qarşı güclü təzyiqlər başlayır, o nazik paltarda “kars”- a salınır. Qeyri- insani münasibətlə üzləşir. Evdən gələn yemək, isti paltar, dərman və s. qəbul etməsinə, müalicə olunmasına, dövrü mətbuatı izləməsinə imkan verilmir. “Kars”- dan çıxdıqdan sonra isə ailə üzvləri və vəkilləri ilə görüşü yasaqlanır. Telefon danışığına süni maneçilik yaradılır, izlənilir və s. Müsahibəni dərc edən saytın redaktoru Heydər Oğuzu isə respublika prokurorluğuna çağırıb ona xəbərdarlıq edirlər (!?).

Həmin müsahibədən sonra onu 3- cü aydır ki, xarici aləmdən büs- bütün təcrid ediblər. Nəinki ailə üzvləri, yaxınları, hətta vəkilləri ilə də 3- cü aydır ki, görüşünə icazə verilmir. Bilirsinizmi niyə? Çünki ehtiyat edirlər ki, Cahangir Hacıyev Beynəlxalq Bankdan mənimsənilən milyardların taleyinə aydınlıq gətirə bilər. Bu vəsaitlərin kimlər tərəfindən, necə oğurlanıb talan edildiyini deşifrə edər. Çünki onun ovqat.com saytına göndərdiyi yazı bu istiqamətdə birinci yazı idi. Həmin yazının ardı var idi. Fikir verin, bir yazı bunları necə qorxuya saldı ki, keçmiş bankiri xarici aləmdən büs- bütün təcrid etdilər ki, o, bunların geniş miqyaslı oğurluq, mənimsəmə cinayətlərini açıb deməsin.

Cahangir Hacıyevə qarşı olan qanunsuzluqlar bununla da bitmir. Onun bacısı Əminə Hacıyevaya ölkədən çıxış qadağan edilib, əmlakına həbs qoyulub. Vərəsəlik hüququ tanınmır. Həyat yoldaşı, 2005- ci ildə DİN- nin yüksək çinli zabitləri Hacı Məmmədov və Zakir Nəsirov tərəfindən oğurlanan, hazırda xaricdə yaşayan Zamirə Hacıyevaya cinayət işi açılıb, axtarışa verilib və s…

Sabiq bankir Haşimoto sindromundan və ciddi ürək çatışmazlığından əziyyət çəkir. Bu cür xəstəlikləri olan insanlarda nəfəs ala bilməmə, arıqlama, ürək döyüntüsü, tərləmə, dərinin nəm və rütubətli olması və sairə kimi əlamətlər mövcud olur. O xəstədir, bir neçə dəfə vəziyyəti kəskin pisləşib, burnundan qan açılıb. Vəkillərinin və yaxınlarının dediyinə görə, ona həkim çağrılmasına imkan verilmir. Bacısı Əminə Hacıyeva həyacan təbili çalaraq bildirir ki, qardaşını öldürmək istəyirlər. O qardaşına qarşı olan münasibəti alman faşistlərinin 1941-45- ci llərdə əsirlərə göstərdiyi münasibətlə müqayisə edib; "Bu cür cəza metoduna heç alman faşistlərinin ölüm düşərgələrində də yol verilmirdi". Yaxın günlərin birində onun “intihar” və ya “uzun sürən xəstəlikdən sonra vəfat etməsi” xəbərini eşitsəniz şaşırmayın.

Cahangir Hacıyevin ətrafında halqanı gündən- günə daraldırlar. Onun vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Lahıc keçmiş bankirə görə respublika prokurorluğuna çağrılıb təhdid edilib. Onların Vəkillər Kollegiyasından çıxarılması gündəmə gətirilib. Əslində adı çəkilən şəxslərin vəkillik fəaliyyətinə son verilməsi həm də Cahangir Hacıyevi büs- bütün müdafiəsiz, tək qoyub onu xarici aləmdən tam təcrid etməkdir.

Əlbəttə, Cahangir Hacıyev Beynəlxalq Bankda işlədiyi müddətdə hər hansı səhvə, qanun pozuntusuna, ittiham aktında deyildiyi kimi mənimsəmələrə yol veribsə o, ədalətli məhkəmə önünə çıxarılıb layiq olduğu cəzanı almalıdır. Eyni zamanda Beynəlxalq Bankdan mənimsənilən milyardrlarla bağlı da müstəqil araşdırmalar aparılmalı, ədalətli mühakimə və məhkəmə çəkişməsi qurulmalıdır. Mənimsəmə və oğurluğa yol vermiş bütün şəxslər məsuliyyətə cəlb olunmalıdır. Amma hamının, keçmiş bankirin də aldığı cəza onun əməlinə adekvat olmalıdır. Həmçinin ona verilən hər hansı cəza onun həbsxanada insani münasibətlərdən məhrum edilib, hüquqlarının total şəkildə pozulması ilə həyata keçirilməməlidir.

Unutmayaq ki, ən ağır cinayətkarın da hüquqları var.

Hətta Cahangir Hacıyevə qarşı irəli sürülən ittihamlar haqlı və düz olsa belə bu əsas vermir ki, o xarici aləmdən büs- bütün təcrid edilməli, ailəsi, vəkili ilə aylarla görüşməsi yasaqlanmalı, “kars”- a salınıb işgəncə verilməli, qeyri- insani münasibətə məruz qalmalıdır. Unutmayaq ki, məhbusun yalnız azadlıq hüququ məhdudlaşdırılır, onun digər hüquqları əlindən alınmır. Azərbaycanın öz qanunları və qoşulduğu “Avropa Penitensiar Qaydaları” adlı beynəlxalq Konvensiya da bunu deyir və təsdiq edir…(Ovqat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar