Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bütün ölkələrin parlament dostluq qrupları erməni təxribatı ilə bağlı məlumatlandırılır”


"Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova Füzulidə ermənilərin törətdiyi son təxribatla əlaqədar ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonenə müraciət ünvanlayıb"


PİA.AZ bildirir ki, bunu Trend-ə B.Muradova bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, məktuba müvafiq sənədlər və şəkillər əlavə edilib.

B.Muradova bildirib ki, müraciətdə ATƏT PA-nın münaqişəni daim diqqətdə saxlaması, öz nümayəndəsi vasitəsilə bu məsələni daha ciddi dəyərləndirməsi, belə təxribatların baş verməməsi üçün zəruri addımlar atmasının vacibliyi vurğulanıb.

Vitse-spiker əlavə edib ki, bütün ölkələrin parlament dostluq qruplarına belə müraciətlər təqddim edilir və məlumatlandırma davam edir:

"Mülki şəxslərə qarşı yönəlmiş belə qəsdlər, təxribatlar nəinki pislənməlidir, onların aradan qaldırılması, Ermənistan qoşunlarının təmas xəttindəki təxribatlarına son qoyulması və məsələnin həlli ilə bağlı aidiyyəti qurumların addımlar atması təmin edilməlidir".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar