Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bütün bunlar bizim iqtisadi müstəqilliyimizin nəticəsidir”


Gənclər və idman naziri Azad Rəhimov fevralın 9-da Gədəbəy şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb


Yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin nümayəndələrinin, iş adamları və sahibkarların iştirak etdikləri görüşdə çıxış edən gənclər və idman naziri A.Rəhimov son illər ölkəmizdə görülən işlər və qarşıda duran məsələlərlə bağlı görüş iştirakçılarına ətraflı məlumat verib. 

Nazir bildirib ki, bu yaxınlarda regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev ölkə üçün prioritet istiqamətləri diqqətə çatdırıb və bununla bağlı müvafiq tapşırıqlar verib.

Ötən il dünyada maliyyə-iqtisadi böhranın daha da dərinləşdiyini qeyd edən A.Rəhimov deyib ki, son vaxtlar beynəlxalq aləmdə və regionda baş verən geosiyasi proseslər və onların təsirləri ölkəmizdən də yan keçməyib. Azərbaycan müstəqilliyinin ilk illərindən başlayaraq bütün dünyada gedən proseslərə qarşı öz dövlət siyasətini qura bilib və uğurla davam etdirib. Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkədir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son 10 ildə dünyada Azərbaycan qədər sürətlə inkişaf edən ölkə olmayıb. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında da ölkəmizdə əldə edilən uğurlar daim əksini tapır. Təkcə son 12 ildə respublikada 25 elektrik stansiyası tikilib, qazlaşdırılma 90 faizə çatıb, 10 min kilometrdən çox yol çəkilib, 3 min məktəb, 600-ə yaxın xəstəxana, 41 olimpiya idman kompleksi, 34 gənclər evi tikilib. Maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artırılıb, məcburi köçkünlər üçün 89 qəsəbə salınıb, 225 min nəfər yeni mənzillərə köçürülüb. Həmin müddətdə sahibkarlara 1.7 milyard manat güzəştli kredit verilib.

Azərbaycana son 12 ildə 200 milyard dollar xarici sərmayə qoyulduğunu vurğulayan A.Rəhimov qeyd edib ki, artıq ölkəmiz kosmik dövlətlər arasında yer tutub. Hərbi potensialımız da ildən–ilə möhkəmlənir, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü və nizami orduları sırasında 50-ci yeri tutur.

Bildirilib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində hər bir bölgəmizdə tərəqqi, inkişaf hiss olunur. Yeni sənaye müəssisələri, iş yerləri yaradılır. Ümumilikdə, 1 milyon 500 minə yaxın iş yeri açılıb ki, onlardan da 1 milyonu daimi iş yerləridir. Son 12 ildə əhalinin gəlirləri 7 dəfə, adam başına düşən gəlirləri isə 6 dəfə artıb. Həyata keçirilən sosialyönümlü siyasət hər bir vətəndaşın firavanlığına yönəlib.

Nazir deyib: “Qlobal böhranla əlaqədar hətta Avropa İttifaqında işsizliyin 9,6 faizə yüksəldiyi halda, Azərbaycanda bu göstərici MDB-də ən aşağı səviyyədə - 5 faiz olub. Ötən il qlobal beynəlxalq böhran şəraitində ölkəmizin 1,1 faiz iqtisadi artıma nail olmasını, o cümlədən qeyri-neft sənayesinin 8,4 faiz artmasını, əhalinin gəlirlərinin 5,7 faiz çoxalmasını, Azərbaycan iqtisadiyyatına 20 milyard dollar sərmayə qoyulmasını uğur kimi dəyərləndirə bilərik. Bütün bunlar bizim iqtisadi müstəqilliyimizin nəticəsidir”.

Azərbaycanın digər bölgələri kimi, Gədəbəyin də inkişaf etdiyini vurğulayan gənclər və idman naziri qeyd edib ki, dövlətimizin başçısı 2006-cı, 2009-cu və 2013-cü illərdə rayonda səfərdə olarkən sosial-iqtisadi inkişafın sürətləndirilməsi istiqamətində görülən işlərlə yaxından tanış olub. Bu səfərlər zamanı Prezident İlham Əliyev Gədəbəy Qızıl-Mis Emalı zavodunun, “Azərbaycan İnternational Midi Company” şirkətinin yeni zavodunun, Aşıq musiqi məktəbinin və Çolpan çayı üzərində salınmış körpünün açılışında şəxsən iştirak edib. Hər səfərdən sonra Gədəbəyin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə sərəncamlar imzalanıb, ayrı-ayrı sahələrin inkişafı ilə əlaqədar əsaslı maliyyə yardımı ayrılıb. Rayonun qaz təchizatının sürətləndirilməsi, 59 min əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən və 56 kilometr uzunluğu olan Gədəbəy Novosaratovka-Qaravəllər avtomobil yolunun tikintisi, 27 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Miskinli-Çalburun və Qızıltorpaq-Ağbaşlar avtomobil yolunun, kəndarası yolların tikintisi və yenidən qurulması, o cümlədən görüləcək digər tədbirlər üçün 2012-2014-cü illərdə Gədəbəy Rayon İcra Hakimiyyətinə 13.7 milyon manat vəsait ayrılıb.

Nazir dövlət gənclər siyasətinin uğurlu nəticələrindən də danışıb, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Gədəbəydə Gənclər Evinin və Olimpiya İdman Kompleksinin tikintisinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

A.Rəhimov bildirib ki, 2015-ci ildə dünya bazarlarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi neft ixrac edən ölkələrdə bir sıra çətinliklər yaradıb. Nəticədə Azərbaycan da daxil olmaqla, həmin ölkələrin gəlirləri azalıb. Bu gün respublikada böhranlı vəziyyətdən ən az itkilərlə çıxmaq üçün ciddi addımlar atılır. İnsanların sosial rifah halının yaxşılaşdırılması məqsədilə pensiya və maaşların artırılması, süni bahalaşmaya qarşı ciddi tədbirlərin görülməsi, əhalinin manata və banklara inamının artırılması, əmanətlərin sığortalanması və digər məsələlərlə bağlı konkret tədbirlər reallaşdırılıb. Dünya ölkələrində böhranla əlaqədar sosial istiqamətlər üzrə xərclər məhdudlaşdırıldığı halda, Azərbaycanda bu sahəyə dövlət qayğısı artmaqda davam edir. Ötən il dövlət büdcəsi xərclərinin 31,9 faizi məhz sosialtəyinatlı xərclər olub ki, bu da 2014-cü illə müqayisədə 3,4 faiz çoxdur. Dövlətimizin başçısı, ilk növbədə, əhalinin etibarlı sosial müdafiəsinin təmin edilməsini hökumət qarşısında mühüm vəzifə kimi qoyub.

Yerli sahibkarları yaradılmış şəraitdən bəhrələnərək fəaliyyətlərini genişləndirməyə, rayonun potensialından maksimum istifadə etməyə və yerli istehsala söykənən sahələrə vəsait yatırmağa çağıran nazir deyib: “Gədəbəy rayonunda kənd təsərrüfatının və turizmin sürətli inkişafı üçün böyük potensial var. Belə ki, rayonda ənənəvi olaraq arıçılığın inkişaf etdirilməsi üçün hər cür təbii imkan mövcuddur. Mineral bulaqların sayına görə Gədəbəy rayonu ölkədə ilk sıralarda yer alır. Bu sahədə də istehsal şəbəkəsinin genişləndirilməsi mümkündür. Rayonun təbiəti burada müalicəvi dərman bitkilərinin toplanması və tədarük edilməsi üçün olduqca əlverişlidir. Gədəbəyi açıq səma altında aptek adlandırırlar. Son illər rayona ayrılan dövlət vəsaiti hesabına yeni yolların çəkilməsi, müvafiq infrastruktur qurulması kənd turizminin inkişafı üçün əlverişli şərait yaradıb. Odur ki, kənd sakinləri arasında təbliğat, təşviqat və maarifləndirmə aparmaqla bu sahənin də inkişafına dəstək vermək olar. Rayonun əksər kəndlərində təbii əhəng daşı ehtiyatları mövcuddur. Bu zəngin potensialdan səmərəli istifadə edilməsi əhalinin gəlirlərinin artmasına və Gədəbəyin dotasiya asılılığının azalmasına imkan yaradar”.

A.Rəhimov aqrar sektorda islahatların daha da dərinləşdirilməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, bu gün əsas hədəf ölkə əhalisinin ərzaq məhsullarına tələbatını bütünlüklə yerli istehsal hesabına təmin etməkdir. Nəzərə almaq lazımdır ki, Gədəbəy dağlıq rayondur və burada əkinəyararlı torpaq sahələri azdır. Lakin növbəli əkin sistemi tətbiq etməklə, müxtəlif tərəvəz məhsulları istehsalını artırmaq olar. O cümlədən dağlıq ərazilərdə qoyunçuluğu inkişaf etdirmək üçün şərait var və bundan səmərəli istifadə olunmalıdır. Bu, eyni zamanda, yun tədarükü və gön-dəri emalı müəssisələri yaramağa imkan verər.(azvision.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar