Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bütün addımları atacağıq” - Ceyms Uorlik


“Etimad tədbirləri və insanlararası münasibətlərə dair proqramlar gərginliyi azaldır və davamlı sülhə əsas yaradır”


PİA.AZ APA-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri Ed Roys və Eliot Engelin Dağlıq Qarabağda təmas xəttində atəşkəsin pozulması hallarının dayandırılması ilə bağlı müraciətinə cavab olaraq Ermənistanın H1 televiziyasına müsahibəsində deyib.

“Təklif olunan hər bir təşəbbüsü tərəflərin qarşısında qaldırmışıq və sülh yolu ilə həllə nail olmaq üçün bütün addımları atmağa davam edəcəyik”, - deyə C. Uorlik əlavə edib. 

Diplomat Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi tərəfindən qaldırılan sağlam düşüncəli təşəbbüsə Obama Administrasiyasının dəstəyini ifadə edib.

Qeyd edək ki, Xarici Əlaqələr Komitəsinin sədri Ed Roys və nüfuzlu üzvü E.Engel səfir Ceyms Uorlikə Dağlıq Qarabağ məsələsinin təhlükəsizlik və status baxımından həll edilməsinə təkan vermək üçün məktubla müraciət edərək, Konqres üzvlərinin imzasını toplayırlar. Məktubda ABŞATƏT zorakılıq aktlarına cavab olaraq uğursuz olan yanlış bərabərlik siyasətlərindən əl çəkməyə çağırılır. “ABŞATƏT-in hər bir hücuma ümumi yanaşaraq tərəfləri zorakılıqdan çəkinmək çağırışları təkrar eskalasiya vəziyyətinə gətirib çıxarıb. Əvəzində bu süni tərəfsizlik siyasəti təhlükəli şəkildə gərginliyi artırır. Məsuliyyət olmasa, sülh olmayacaq”, - deyə məktubda qeyd olunub. 

Məktubda qısa müddətdə həyatları qoruya biləcək və müharibədən çəkindirəcək 3 əsas maddə göstərilir: Bütün tərəflər təmas xəttindən snayperləri geri çəkmək barədə razılaşma əldə etməli, təmas xəttində hücumun mənbəyini müəyyənləşdirmək üçün ATƏT-in monitorinq, silah lokator sistemləri və səs ölçən avadanlıqları yerləşdirilməli və atəşkəs rejiminin pozulmasını daha yaxşı monitorinq etmək üçün əlavə ATƏT müşahidəçiləri müəyyənləşdirilməlidir.

Bildirilir ki, bu addımlar regionun bütün əhalisi üçün hərtərəfli və davamlı sülhə töhfə verəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

İcra başçısının müavinləri vəzifədən getdilər - Foto

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

Yerli icra hakimiyyətlərinə yeni səlahiyyət verilib

Zatulin: "Bizim sülhməramlıların orada nə işi var?”

İllər sonra danışan qohumu Nəzakət Məmmədovanın və nəvəsinin ölüm səbəblərini açıqladı    

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

“TikTok”da məşhurlaşan Adəmin atası həbs olundu

Ana və iki azyaşlı övladını qətlə yetirən keçmiş məktəb direktoru barədə son qərar verildi    

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ən çox oxunanalar